Gürcüstanda Şərq-Qərb magistralı 2030-cu ilin sonunadək hazır olacaq
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin strateji mövqeyindən maksimum istifadə etmək üçün hökumətin ardıcıl addımlar atdığını bildirib.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə siyasətçi "POSTV"yə müsahibəsində danışıb.
Baş nazir qeyd edib ki, əsas prioritetlərdən biri Gürcüstanın əlaqə və tranzit funksiyalarının gücləndirilməsidir: "Ölkəmizin strateji mövqeyindən istifadə etmək üçün əlimizdən gələni edirik. Vəzifələrimizdən biri bağlantı və tranzit funksiyalarını inkişaf etdirməkdir".
Onun sözlərinə görə, bu istiqamətdə genişmiqyaslı infrastruktur layihələrinə böyük investisiyalar yönəldilir.
Baş nazir bildirib ki, mövcud plana əsasən, 2030-cu ilin sonunadək əsas magistral yolun ( "Orta Dəhliz"in bir hissəsi olan və Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb magistralı) demək olar ki, bütün hissələri Türkiyə sərhədindən Azərbaycan və Ermənistan sərhədlərinədək tamamlanacaq.
Kobaxidze qeyd edib ki, bu layihələr Gürcüstanın regional nəqliyyat və logistika mərkəzi kimi rolunu daha da gücləndirəcək, həmçinin ölkənin iqtisadi inkişafına və beynəlxalq ticarət imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.
Şərq-Qərb magistralı və ya Avropa Tranzit Yolu (E-60) Gürcüstanın Azərbaycanla sərhədindən başlayır və Qara dəniz sahilində, Poti limanı yaxınlığında bitir. Gürcüstan ərazisində dəhlizin uzunluğu 392 kilometrdir. Qırmızı Körpüdən (Azərbaycanla sərhəd) Sarpiyə (Türkiyə ilə sərhəd) qədər olan yolun bütün hissələrinin tikintisi başa çatdıqdan sonra isə bu məsafəni avtomobillə 8 saat əvəzinə 4-4,5 saata getmək mümkün olacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 436 Tarix: 08 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xırdalanda yaşayanlara ŞAD XƏBƏR
Ötən il sentyabrın 15-dən Xırdalan-Sumqayıt xətti üzrə qatarla sərnişin daşımaları müvəqqəti olaraq dayandırılıb. Bu, Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mövcud dəmir yolu xəttinin altından yeni avtomobil tunelinin inşası ilə bağlıdır. Bəs, tikinti işləri nə yerdədir?
12 aprel"Təhsildə mərkəzləşmə bölgələr üçün ciddi risk yaradır" - AÇIQLAMA
"Valideynlərin övladlarını paytaxtın ali təhsil müəssisələrinə yönəltməsi, əslində, sadə bir seçim deyil, gələcəyə yönəlmiş kompleks bir strateji addımdır. Bu seçimin kökündə dayanan əsas amil Bakının təkcə təhsil mərkəzi deyil, həm də geniş imkanlar platforması kimi görünməsidir. Paytaxt universitetlər
13 aprelBiləsuvardan Bakıya 227 kq at əti aparmaq istədi - Yolda üstü açıldı
Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və DİN-in Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız ümumi çəkisi 227 kq ət aşkarlanıb. xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, baxış zamanı məhsulun müvafiq müşayiətedic
13 aprelMehriban Əliyeva Pasxa bayramı münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Pasxa bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığ
12 aprelŞabranda hotelin fəaliyyəti DAYANDIRILDI - SƏBƏB - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidmət
14 aprelPensiyalar bu tarixdə ödəniləcək
Aprelin 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququn
13 aprelAzərbaycanda bu şəxslərə ayda 2200 AZN VERİLİR - SİYAHI
Məlum olduğu kimi,Azərbaycanda Vətənin müdafiəsi uğrunda iştirak etmiş və Vətən müharibəsi qəhrəmana adı almış şəxslərə aylıq təqaüd verilir. Bəs,Vətən müharibəsi qəhrəmana adı almış şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği nə qədərdir?. xəbər verir ki, Vətən müharibəs
12 aprelAzərbaycanda həyat yoldaşına xəyanət edənləri BU CƏZA GÖZLƏYİR: YENİ QƏRAR
Azərbaycanda həyat yoldaşının xəyanəti hüquqi baxımdan müəyyən nəticələrə səbəb ola bilər. Bu hallarda zərər çəkmiş tərəf mənəvi təzminat tələb etmək hüququna malikdir. Məhkəmələrdə iddia qaldırmaqla şəxsi və ailə münasibətlərindən doğan hüquqlar qorunur. Mənəvi təzminatın miqdarı zərərin dərəcəsi v
12 aprel