"Guavalab"ın 200 işçisi ixtisar olundu, maaşlar ödənmədi (VİDEO)
"Guavalab" şirkətinin işçiləri qurumun beş aydır əməkhaqqılarını ödəməməsindən şikayətçidirlər.
Baku TV-yə danışan keçmiş əməkdaşlardan biri üzləşdiyi çətinliyi belə izah edib:
"Guavalab" MMC şirkətində çalışmışam. Oktyabrın axırı mən və 200-ə yaxın əməkdaş ixtisar olunmuşuq. İki ayın əməkhaqqısı - sentyabr və oktyabr ayları üzrə ödənişlər hələ də verilməyib. Kompensasiya və məzuniyyət ödənişləri də ödənilməyib. Direktorumuz Fəxri Qasımov 4-5 aydır hər dəfə fərqli məlumatlar verərək bizi gözlədir".
Digər bir şikayətçi isə hüquqlarının pozulduğunu bu sözlərlə vurğulayıb:
"MMC-nin fəaliyyəti Böyük Britaniyada fəaliyyət göstərən "Guava Pay" şirkətinə texniki dəstək və IT xidmətlərinin göstərilməsindən ibarət olub. İxtisara düşdüyümüz anda Əmək Məcəlləsinin bir neçə maddəsi üzrə hüquqlarımız pozulub. Bunlara son haqq-hesab ödənişlərinin verilməməsi və istifadə olunmayan məzuniyyət günlərinə görə kompensasiyaların ödənilməməsi daxildir".
Mövcud vəziyyətlə bağlı adıçəkilən şirkətin rəhbəri Fəxri Qasımov ittihamlara belə cavab verib:
"Başqa bir şirkətin borcu var. Ona görə də hazırda şirkətdə maliyyə problemləri yaşanır. Bu səbəbdən maaşlar ödənilə bilmir"./Qaynarinfo
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1179 Tarix: 10 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabahdan bəzi rayonlarda hava yağıntılı olacaq, külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi bölgələrində mayın 5-6-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Naxçıvan MR, Neftçala, Salyan, Mingəçevir, Göyçay, Göygöl, Gəncə, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Balakən, Zaqatala
4 mayWUF13 zamanı "Koroğlu"dan 24 saatlıq K1 marşrutu fəaliyyət göstərəcək
Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nəqliyyatın təşkili ilə bağlı əlavə tədbirlər görüləcək. xəbər verir ki, bu barədə keçirilən brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov məlumat verib. Onu
5 mayFutbol oynayarkən ölən tələbənin - Fotosu
Xəbər verdiyimiz kimi, Mingəçevirdə 20 yaşlı oğlan futbol oynayarkən vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, stadionda ölən 2006-cı il təvəllüdlü Həsən Məhəmməd Abdullah oğlunun fotosu yayılıb. Qeyd edək ki, ilkin məlumata görə, onun dili qatlanıb və bu səbəbdən həyatını xilas etmək mümkü
5 mayBu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək
Quba rayonunun bəzi ərazi vahidlərinin adları dəyişdiriləcək. Trend-in məlumatına görə, bununla bağlı qanun layihəsi artıq Milli Məclisə daxil olub. Belə ki, "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsi Milli Məclisinin Regional məsələlər komitəsini
4 may"Space" TV-yə yeni baş direktor təyin edildi
"Space" televiziyasına yeni baş direktor təyin edilib. -ın -a istinadən məlumatına görə, "Space" televiziyasının təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib. Ayaz Mustafayev bir az əvvəl televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə icla
4 mayBakıda müğənni əməliyyatdan sonra öldü
Bakıda müğənni Arzu Şabanov vəfat edib. -a istinadən xəbər verir ki, o, bağırsağında aparılan əməliyyatdan sonra dünyasını dəyişib. Qeyd edək ki, onun 65 yaşı olub
5 maySabah hava necə olacaq?
Azərbaycanın bəzi yerlərdə mayın 6-da yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd
5 may