"Vəfat edən şəxsin pensiyasının sosial sığorta məbləğinin 30 faizi əvvəlcədən ailəsinə verilməlidir" - Deputatdan TƏKLİF

"Vəfat edən şəxsin pensiyasının sosial sığorta məbləğinin 30 faizi əvvəlcədən ailəsinə verilməlidir" - Deputatdan TƏKLİFSon illər müzakirə edilən məsələlərdən biri də vəfat edən şəxsin pensiyasının sosial sığorta məbləğinin 30 faizi ailəsinə əvvəlcədən ödənilməsidir. Bununla bağlı Milli Məclisdə də müzakirələr aparılıb. Azərbaycanda vəfat edən şəxsin pensiyasının sosial sığorta məbləğinin 30 faizi ailəsinə ödənilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, ölən insanın pensiya kapitalının ailəsinə verilməsi məsələsi bir neçə dəfə Milli Məclisdə də qaldırıb:

"Bilirsiniz ki, əmək pensiyası alan şəxs vəfat etdikdə, onun pensiyası avtomatik dayandırılır. Amma bəzi hallarda həmin şəxsin ailə üzvləri və ya asılı olan şəxslər bu vəsaitdən müəyyən şərtlərlə istifadə edə bilirlər. Bu hal əsasən ailə başçısını itirmiş şəxslər, azyaşlı uşaqlar, əlillər və digər asılı şəxslər üçün nəzərdə tutulur. Bu prosesin hüquqi və inzibati tənzimlənməsi, əslində, vətəndaşların sosial təhlükəsizliyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu prosesin hüquqi və inzibati tənzimlənməsi, əslində, vətəndaşların sosial təhlükəsizliyinin qorunması baxımından düşünürəm mühüm əhəmiyyətlidir".

Deputat vurğulayıb ki, vəfat edən pensiyasının sosial sığorta məbləğinin 30 faizi ailəsinə əvvəlcədən ödənilməsi vacibdir:

"Çünki bəzən bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün illərlə gözləməli olur. Ona görə də yaxşı olardı ki, vəfat edən şəxsin pensiyasının sosial sığorta məbləğinin 30 faizi əvvəlcədən ailəsinə verilsin. Bu mexanizm daha ədalətli olar. Çünki insanlar illərdir işləyir və pensiya almasına bir neçə il qalmış vəfat edir. Yığılan pensiya kapitalından nə ailesi, nə də övladları yaralana bilmir. Ümumiyyətlə yaxşı olardı ki, ele bir sistem yaradılmalıdır ki, müəyyən yaşdan sonra insanlar pensiya kapitalından istifadə edə bilsin. Bu da özlüyündə
pensiya kapitalından səmərəli şəkildə istifadəyə gətirib çıxaracaq. Vətəndaşların pensiya kapitalına və yığımlara marağını artıracaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1744   Tarix: 10 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA

Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə

21 sentyabr
.

Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir

Məhsul şəhadətnaməsi ilə bağlı tələblər müəyyənləşir. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihədə qeyd olunur ki, mülkiyyətində, istifadəsind

20 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

27 Sentyabr - Vətən müharibəsinin başlanğıcından Anım Gününə: Tarixin yaddaşında yaşayan qəhrəmanlıq

27 Sentyabr Azərbaycan xalqının yaddaşında xüsusi və dərin məna daşıyan günlərdən biridir. Bu tarix 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk gününü, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası uğrunda aparılan mübarizənin başlanğıcını xatırladır. Hər il 27 Sentyabrın Anım Günü kim

21 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal

21 sentyabr
.

Mərkəzi Nəbatat Bağında konsert təşkil edilib

Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata

21 sentyabr
.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr