Tanınmış rəssam keçmiş ərindən şikayətçidir: İş adamı övladını əlindən alır

Tanınmış rəssam keçmiş ərindən şikayətçidir: İş adamı övladını əlindən alır"Face Studio" gözəllik salonlarının sahibi kimi tanınan iş adamı Rüfət Bədirovun keçmiş həyat yoldaşı, tanınmış rəssam Fidan Həsənovanın övladı əlindən alınır.

Bu barədə Qaynarinfo-ya Fidan Həsənovanın özü bildirib. Onun sözlərinə görə, Rüfət Bədirovla boşandıqdan sonra keçmiş əri övladının onunla yaşamasını əngəlləməyə çalışıb. Bu baxımdan, Fidan Həsənova məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlib.

İşə əvvəlcə Xətai Rayon Məhkəməsində hakim Pərviz Zamanlının sədrliyi ilə baxılıb. Maraqlıdır ki, hakim uşağın ataya verilməsi barədə qərar çıxarıb. Həmin qərardan apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədov Fidan Həsənovanın şikayəti təmin etməyib.

Fidan Həsənova hüquqi mübarizəsini davam etdirərək Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə şikayəti təmin etməyib.

Tanınmış rəssam keçmiş ərindən şikayətçidir: İş adamı övladını əlindən alırRüfət Bədirov

Əli hər yerdən üzülən Fidan Həsənova məsələni ictimailəşdirmək qərarına gəlib. Tanınmış rəssam bildirib ki, məhkəmələrin onun əleyhinə qərar çıxarması keçmiş həyat yoldaşının imkanları ilə əlaqədar ola bilər: "Başqa nə düşünüm axı? Hər kəsə bəllidir ki, boşanma olanda uşaq anaya verilir. Uşağı anadan ayırmaq olmaz. Bunu Azərbaycanda bilməyən var? Amma Azərbaycan məhkəmələri heç bir ciddi əsas olmadan uşağın ataya verilməsi barədə qərar çıxarıb. Ona görə də düşünürəm ki, bu keçmiş həyat yoldaşımın imkanları ilə bağlı ola bilər".

O, eyni zamanda əlavə edib ki, hər şeyə rəğmən mübarizəsini davam etdirəcək: "Yuxarı qurumlara müraciət etmişəm və müraciətlərimi bundan sonra da davam etdirəcəm. Məsələni ictimailəşdirməyim heç də məhkəmələrə təzyiq etmək məqsədi daşımır. Sadəcə istəyirəm ki, mənə qarşı olunan haqsızlığı hər kəs görsün və səsim yuxarı orqanlara çatsın. Bu halda inanıram ki, haqq-ədalət bərqərar olunar və mən övladıma qovuşa bilərəm".

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olan Fidan Həsənova rəssam kimi müxtəlif sərgilərdə iştirak edib. Hazırda Prezident yanında Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil alan rəssam bu yaxınlarda ABŞ-da keçiriləcək daha bir sərgiyə dəvət alıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1453   Tarix: 10 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr
.

Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind

21 sentyabr
.

"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"

"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar

21 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

Təranə Paşayeva: "44 günlük Zəfər yalnız hərbi qələbə deyildi - bu, Azərbaycanın diplomatik mövqeyini də kökündən dəyişdi" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva -ın suallarını cavablandırıb. - Təranə xanim, 44 günlük Vətən müharibəsinin başlanmasından artıq illər keçir. Bu dövrə geriyə baxanda, 2020-ci il Zəfərini Azərbaycan tarixinin hansı mərhələsi kim

21 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

21 sentyabr
.

Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır

2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr

20 sentyabr