Rahatlıq bahalaşır: Sifariş platformalarında qiymət artımının pərdəarxası

Rahatlıq bahalaşır: Sifariş platformalarında qiymət artımının pərdəarxasıSifariş platformalarında qiymətlərin artacağı ilə bağlı gözləntilər formalaşıb. Çatdırılma haqları, xidmət komissiyaları və dinamik qiymət siyasəti istifadəçilərin xərclərini artırır. Rahatlıq və sürət vəd edən onlayn sifarişlər getdikcə daha baha başa gələ bilər. Bəs, marketinq baxımından qiymət artımını zəruri edən əsas amillər hansılardır?

Mövzu ilə bağlı Sonxeber.az-a Strateji kommunikasiya üzrə mütəxəssis Səfər Aslanov danışıb.

Rahatlıq bahalaşır: Sifariş platformalarında qiymət artımının pərdəarxasıO, açıqlamasında qeyd edib ki, artımı şərtləndirən bir neçə mümhü səbəb var:

"Son illərdə onlayn sifariş platformaları, xüsusən çatdırılma və qida/logistika xidmətləri qlobal bazarda istifadəçi davranışını ciddi şəkildə dəyişib. Bu xidmətlər rahatlıq və sürət təklif etdikləri üçün gündəlik həyatın bir hissəsinə çevrilib.
Lakin istifadəçilər indi bu xidmətlərin daha baha olduğunu hiss edirlər. Xidmət komissiyaları və çatdırılma haqları sistematik şəkildə artır.
Artımı şərtləndirən bir neçə mümhü səbəb var. Onlardan biri çatdırılma və logistika xərclərinin artmasıdır. Onlayn sifariş platformaları üçün çatdırılma logistics (kuryer xidməti, yanacaq, sürücü ödənişləri və logistika dəstəyi) böyük xərc elementidir. Bu xərclər zamanla artdıqca platformalar onları istifadəçilərdən almağa çalışır. Bu artım sadəcə xərci əhatə etməklə qalmır, həm də vaxt və praktiklik kimi əlavə dəyər təklif edilir və qiymətə yansıdılır.
Digər tərəfdən kommisiya və tərəfdaşlar üçün xərclərdə dəyişiklər müşahidə olunur. Platformalar müştərilərdən başqa, restoranlar və mağazalardan da komissiyalar alır. Bu komissiyalar, bir çox hallarda, restoran və mağazaların öz marjlarını çıxır ki, bu da nəticədə son qiymətə keçə bilir. Aşağı komissiyalar sifariş sayını artırsa da bir çox hallarda platformaların mənfəətini kompensasiya etmir".

Ekspert onu da vurğuladı ki, platformalar dinamik qiymət siyasəti və alqoritm əsaslı qiymət fərqliliyi tətbiq edirlər:

"Tələb və təklifə əsaslanan dinamik qiymət siyasəti bir çox tətbiqdə artıq standartdır. Bu modeldə pik saatlar, hava şəraiti və bölge üzrə tələb fərqləri kimi faktorlar qiymətləri dəyişdirir. Böyük onlayn mağazalar və sifariş xidmətləri müəyyən bölgə və vaxtlarda fərqli qiymətlər tətbiq edə bilir, belə ki, bazar dinamikasına görə qiymətlər dəyişir və bəzən eyni məhsul üçün fərqli istifadəçilər fərqli qiymət ala bilir.
Marketinq baxımından bu artımlar sadəcə xərclərin təzminatı deyil, dəyər əsaslı fəaliyyətin bir hissəsidir. İstifadəçi üçün vaxt qazanmaq, rahatlıq və sürətli çatdırılma kimi elementlər ödənilən məbləğin dəyərini artırır.
Beləliklə, platformalar yaxşı təcrübə vədini qiymətləndirir və bunu premium xidmət kimi satır. Marketoloqlar üçün əsas məsələ, istifadəçilərin qiymət artımını sadəcə baha xidmət kimi deyil, qazandırdığı əlavə dəyər ilə qəbul etməsini təmin etməkdir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1256   Tarix: 10 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda

Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll

19 sentyabr
.

Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ

Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza

20 sentyabr
.

Qızıl yenidən bahalaşdı

Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında

19 sentyabr
.

Qarabağda separatizmin sonu: 23 saatlıq antiterror tədbirindən Şahramanyanın "özünü buraxma" fərmanına qədər

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin üç onillik tarixində ən mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri cəmi bir sutkadan az müddətdə yeni hərbi-siyasi reallıq yaratdı. Sentyabrın 20-də separatçı silahlı birləşmələrin atəşi

19 sentyabr
.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

TƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA

Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il

19 sentyabr
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?

Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar

19 sentyabr