"Sevgi təkcə hiss deyil, həm də qarşındakının ürək dilini öyrənmək bacarığıdır" - AÇIQLAMA

"Sevgi təkcə hiss deyil, həm də qarşındakının ürək dilini öyrənmək bacarığıdır" - AÇIQLAMASevgililər Günü ilə bağlı münasibətlərdə tez-tez belə bir hal müşahidə edilir: qadınlar bu günü daha çox önəmləyir, kişilər isə bəzən məsafəli və ya laqeyd görünür. Bu fərq "kim daha çox sevir" mövzusu deyil, daha çox sevginin necə ifadə edilməsi və emosional ehtiyacların necə yaşanması ilə bağlıdır.

Bəs görəsən bunun səbəbi nədir?

Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:

"Qadınlar münasibətlərdə emosional bağlılıq, xatırlanmaq, dəyər verildiyini hiss etmək kimi simvolik jestlərə daha çox həssas olurlar. Onlar üçün xüsusi günlər - ad günü, tanışlıq ildönümü, Sevgililər Günü - münasibətin canlı olduğunu göstərən emosional işarələrdir. Hədiyyənin qiymətindən çox, "məni düşündü" hissi ön planda olur. Bu, qadın beynində əlaqə və təhlükəsizlik hissini gücləndirir.

Kişilər isə çox vaxt sevgini tarixlərlə yox, davranışla ölçürlər. Onlar üçün sevgi "hər gün yanındayam", "problem olanda həll edirəm", "səni qoruyuram" kimi praktik və davamlı hərəkətlərlə ifadə olunur. Bu səbəbdən bəzi kişilər Sevgililər Gününü süni, kommersiya yönümlü və ya məcburi romantika kimi qavraya bilir. Onların düşüncəsində "onsuz da sevirəm, bunu bir günə niyə sıxışdıraq?" məntiqi olur.

Burada bir başqa məqam da gözlənti fərqidir. Qadınlar çox vaxt bu günü emosional yaxınlıq fürsəti kimi görür, kişi isə bunu performans təzyiqi kimi yaşaya bilər - "mütləq sürpriz etməliyəm", "bəyənməsə nə olacaq?" kimi stress yarana bilər. Stress artdıqca qaçınma davranışı da arta bilir.

Bu fərq sevgidə uyğunsuzluq demək deyil. Sadəcə tərəflərin sevgi dilləri fərqli ola bilər. Biri üçün çiçək romantik jestdir, digəri üçün isə axşam maşını sürüb səni götürmək. Problem günün özündə yox, "mənim sevdiyim kimi sev" gözləntisində başlayır.

Ən sağlam yanaşma budur: Sevgililər Günü kimin üçün vacibdirsə, bunu incitmədən deməlidir. Digər tərəf də bunu özünə hücum kimi yox, partnyorunun emosional ehtiyacı kimi görəndə balans yaranır. Sevgi təkcə hiss deyil, həm də qarşındakının ürək dilini öyrənmək bacarığıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 695   Tarix: 11 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yevlaxda ağır qəzada 2 nəfər öldü

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Naftalan şəhər sakinləri - 200-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tura

17 noyabr
.

Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə

16 noyabr
.

Paytaxtda ölən motosikletçinin fotosu

Bakıda qəzada həyatını itirən motosiklet sürücüsünün kimliyi məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu, Moskva prospekti, 45 ünvanında tunelin girişində baş verib. Qismət Maxsud oğlu Qaçayev "Toyota" markalı avtomobil ilə hərəkətdə olarkən Asif Əliheydər oğlu Ağaverdiyevi

18 noyabr
.

Gürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü

Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin

18 noyabr
.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On

17 noyabr
.

Çek verməyən sahibkarları 1000, 3000 və 6000 manat cərimə gözləyir - AÇIQLAMA

Satış zamanı alıcıya kassa çekinin təqdim edilməməsi həm vergi qanunvericiliyinin tələblərinin, həm də istehlakçı hüquqlarının pozulması hesab olunur. Xüsusilə, bəzi satıcıların nağd ödəniş zamanı çek verməkdən yayınması vergidən yayınma və satış dövriyyəsinin gizlədilməsi ehtimalını gündəmə gətirir

18 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Muxtar Maniyevin oğlu vəzifədən azad olundu

10 ay əvvəl Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini təyin edilmiş polkovnik Tural Maniyev vəzifəsindən azad edilib. Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb. Polkovnik Maniyev ehtiyata buraxılıb. Qeyd edək ki, Tura

18 noyabr