Evlilikdə maddiyyat meyarı: Gənclər niyə gec ailə qurur?
Son illər evlilik anlayışı cəmiyyətdə ciddi transformasiya yaşayır. Əvvəllər ailə qurmaq sevgi, uyğunluq və qarşılıqlı anlayış üzərində formalaşırdısa, bu gün maddi imkanlar bir çox hallarda əsas meyar kimi ön plana çıxır. Gənclər arasında "evim, maşınım, sabit gəlirim olmalıdır" düşüncəsi evliliyin başlanğıc nöqtəsinə çevrilib. Bəs bu dəyişimin səbəbi nədir? Maddiyyat doğrudanmı ailə xoşbəxtliyinin açarıdır, yoxsa bu, cəmiyyətin yaratdığı bir təzyiqdir?
Mövzu ilə bağlı Sonxeber.az-a Sosioloq Mail Yaqub danışıb.
O, açıqlamasında qeyd edib ki, dəyişimin əsas səbəbi müasir həyat tərzidir:
"Sosial şəbəkələrin yayılması, internetin vüsət alması insanların həyata baxışını dəyişib. Artıq həyat standartları fərqlidir. İnsanlar ailə qurmaq üçün ev, maşın və yüksək maaş tələb edirlər. Lakin bunlara 3-5 il ərzində nail olmaq mümkün deyil. Nəticədə evlilik yaşı artır. Tendensiya həm oğlanlar, həm də qızlar arasında müşahidə olunur.
Qızlar ailə qurarkən həyat yoldaşının evinin, maşınının və sabit işinin olmasını istəyirlər. 25-26 yaşlı bir gənc üçün isə bunlar asanlıqla əldə olunan şeylər deyil. Adətən belə imkanlar 5-10 il ərzində formalaşır.
Təəssüf ki, gənclər gözləntilərini həddindən artıq yüksəldirlər və bu da evlilik yaşının artmasına səbəb olur. Çıxış yolu nədir? Bir qədər sadələşmək və gözləntiləri real səviyyədə saxlamaq lazımdır. Ailədə əsas olan sevgi, məhəbbət, istilik və hörmətdir.
Əlbəttə, oğlanın işi olmalıdır - bu vacib şərtdir. Söhbət məsuliyyətsiz insanlardan getmir. Çalışqan, təhsilli və işi-gücü olan biri olmalıdır. Ancaq maksimum səviyyədə maddi gözləntilər ailə qurmağa maneə yaradır. Hazırda Azərbaycanda orta evlilik yaşı kişilər üçün 30-a, qadınlar üçün isə 25-26-ya çatıb. Bu tendensiya ölkə üçün müsbət vədlər vermir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 904 Tarix: 11 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə
20 sentyabrAzərbaycanda internet BAHALAŞIR - YENİ QİYMƏT
Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadla xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi
19 sentyabrƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək
Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav
20 sentyabrTƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA
Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il
19 sentyabrPensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ
19 sentyabrSabahın havası açıqlandı
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec
19 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrVətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?
Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar
19 sentyabrPensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO
2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər
20 sentyabr