Təyyarə endikdən saniyələr sonra pilotlar güllələnərək öldürüldü - VİDEO

Təyyarə endikdən saniyələr sonra pilotlar güllələnərək öldürüldü - VİDEOİndoneziyanın Cənubi Papua bölgəsində sərnişin təyyarəsinə silahlı hücum edilib.

Sonxeber.az xarici mediaya istinadənə xəbər verir ki, Smart Air aviaşirkətinə məxsus sərnişin təyyarəsi çərşənbə günü Cənubi Papuada yerləşən Korovai Batu hava limanına problemsiz eniş edib. Lakin təyyarə eniş zolağında olduğu vaxt kimliyi hələ müəyyənləşdirilməyən silahlı şəxslər hücuma keçib.

Silah səslərindən sonra təyyarədə olan 13 sərnişin - onların arasında azyaşlı uşağın da olduğu bildirilir - böyük təşviş yaşayıb. Sərnişinlər təyyarəni tərk edərək hava limanı yaxınlığındakı meşəlik əraziyə qaçıblar.

Bildirilir ki, hücum zamanı pilot GPS vasitəsilə təcili yardım siqnalı göndərib. Mesajda heyətin atəş altında olduğu və sərnişinlərlə birlikdə təhlükəsiz yerə çatmağa çalışdıqları qeyd edilib. Pilotun göndərdiyi son mesajda isə "Siqnal zəifdir, yerimizi müəyyən edin. Korovai bölgəsində atəş altındayıq" sözləri yer alıb.

Lakin pilot və ikinci pilot təhlükəsiz əraziyə çata bilməyib. Yerli polis orqanlarının məlumatına görə, hər iki pilot meşəlik ərazidən zorla çıxarılaraq yenidən hava limanına aparılıb və orada güllələnərək öldürülüb. Onların hadisə yerində həyatını itirdiyi açıqlanıb. Həlak olanların kapitan Eqon Erawan və ikinci pilot Bas Koro olduğu bildirilib.

Hücumun kimlər tərəfindən törədildiyi hələlik məlum deyil. Təhlükəsizlik qüvvələri hadisənin arxasında duran şəxs və ya qrupları müəyyənləşdirmək üçün genişmiqyaslı istintaqa başlayıb. Rəsmilər təyyarədə olan 13 sərnişinin hamısının sağ qaldığını təsdiqləyiblər.

Hadisədən sonra təyyarə eniş zolağında qalıb. Yayılan görüntülərdə təyyarənin qapılarının açıq olduğu, şüşələrinin sındığı və gövdəsində çoxsaylı güllə izlərinin olduğu görünür. Həmçinin hücum nəticəsində yanacaq çəninin zədələndiyi və zolağa yanacaq sızdığı bildirilib.

İndoneziya parlamentinin nümayəndələri hadisəni kəskin şəkildə pisləyiblər. Rəsmilər bunu "qəbuledilməz insanlıq faciəsi" adlandıraraq, mülki şəxslərin və uçuş heyətinin qorunmasının dövlətin birbaşa vəzifəsi olduğunu vurğulayıblar. Hücum edənlərin tapılıb ədalət qarşısına çıxarılması üçün şəffaf və hərtərəfli istintaq aparılacağı bildirilib. Həmçinin ölkənin daxili bölgələrində yerləşən hava limanlarında təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi açıqlanıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 727   Tarix: 12 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021