Asena uşaqlıqda gördüyü zorakılıqdan danışdı: "Hər cümə döyülürdüm"

Asena uşaqlıqda gördüyü zorakılıqdan danışdı: "Hər cümə döyülürdüm"Hazırda müğənni kimi fəaliyyət göstərən türkiyəli məşhur oriyental rəqqasə Asena Uğurkan Erez və Erol Albayrakın proqramında səmimi açıqlamalar verib. O, uşaqlıq illərində nənəsi ilə böyüdüyünü bildirib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, duyğulu anlar yaşayan Asena nənəsini çox sevdiyini desə də, mütəmadi olaraq fiziki zorakılığa məruz qaldığını etiraf edib.

Yaşadıqlarını belə xatırlayıb:

"Hər cümə günü müntəzəm şəkildə döyülürdüm. Evə getmək istəmirdim. Məktəbin tətil olmasını arzulamırdım. Hər uşaq həftəsonunu gözləyirdi, mən isə məktəbdə qalmaq istəyirdim. Cümə günü döyülmək artıq qaydaya çevrilmişdi. Oxlovlar tab gətirmirdi, qırılırdı, yenisini almaq üçün pul verilirdi. Qonşular "boş yerə pul xərcləmə" demişdilər, sonra zoğal ağacından çubuq düzəltdirmişdi".

Asena həmçinin İbrahim Tatlıseslə 25 illik küsülülüyünə də son qoyduğunu xatırladıb. Uzun illərdən sonra "İbo Show" proqramında barışan sənətçi bu qərarının səbəbini belə izah edib:

"Oraya çıxma səbəbim yüklərimdən azad olmaq idi. Hesabları bağlamaq istəyirdim. Mən heç kimlə küsülü deyiləm, heç kimlə də yarışım yoxdur. Nə hiss etdiyim isə mənə qalsın".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 865   Tarix: 12 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Artıq başqa Sevdayam, anayam"

Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq

11 sentyabr
.

Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO

Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib

19 sentyabr
.

9 illik evlilikləri bitir

Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb

13 sentyabr
.

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind

18 sentyabr
.

İllər sonra ekranlara qayıdan aktrisanı heç kəs tanımadı

Türkiyənin məşhur "Yahşi Cazibe" serialında Simge obrazı ilə tanınan Hande Katipoğlu illər sonra yenidən ekranlara qayıdıb. Aktrisanın yeni serialdakı dəyişən görünüşü izləyicilərin diqqətini çəkib. xarici mediaya istinadla xəbər verir ki, 2010-2012-ci illərdə yayımlanan "Yahşi Cazibe"

9 sentyabr
.

Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı

Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə

16 sentyabr
.

"Mənə qutab verməyən o qayınanamı heç yada salmaq istəmirəm" - VİDEO

Rəqqasə və xına məclislərinin təşkilatçısı Fatimə Fətəliyeva keçmiş həyat yoldaşı və onun ailəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, sənətçi keçmiş qayınanası barədə danışmaq istəmədiyini bildirərək onunla bağlı eşitdiyi məlumatları da bölüşüb. Fatimə Fətəliyevanın sözlərinə görə

5 sentyabr
.

Həmin obraz ona verilmişdi - Etirazlardan sonra dəyişiklik

Xəbər verdiyimiz kimi, aktyor Serhat Mustafa Kılıçın ölümündən sonra "Teşkilat"dakı rolu həmkarı Savaş Özdemirə həvalə edilib. Axşam.az-ın məlumatına görə, sosial media izləyiciləri yayım şirkətinin bu addımını tənqid edib və Serhatın ruhuna hörmətsizlik kimi qəbul ediblər. Onlar səhhətindək

13 sentyabr
.

İlham Mirzəyev xəstəxanaya yerləşdirildi

Tanınmış aparıcı İlham Mirzəyevin səhhətində problem yaranıb. "Bakupost"a istinadla xəbər verir ki, aparıcı hazırda Mərkəzi Klinikada müalicə aldığını bildirib. O, vəziyyətinin yaxşı olmadığını qeyd edərək izləyicilərindən onun üçün dua etmələrini istəyib. "Hazırda Mərkəzi Klinikadayam

6 sentyabr