"Bakı üçün nəzərdə tutulmuş limit 25 min taksidir, amma hazırda sayı 40 mindən çoxdur" - AÇIQLAMA

"Bakı üçün nəzərdə tutulmuş limit 25 min taksidir, amma hazırda sayı 40 mindən çoxdur" - AÇIQLAMASon illər onlayn taksi və çatdırılma platformalarından istifadə artsa da, istifadəçilərin ən çox qarşılaşdığı problemlərdən biri sürücülərin sifarişləri səbəbsiz şəkildə ləğv etməsidir. Bu hal həm vaxt itkisinə, həm də xidmətə olan etimadın azalmasına səbəb olur. Sürücülər sifarişi niyə qəbul edib daha sonra ləğv edir? Bu problemin kökündə sistem boşluqları, yol infrastrukturu, yoxsa iqtisadi amillər dayanır?

Mövzu ilə bağlı Sonxeber.az-a nəqliyyat eksperti Elməddin Muradlı danışıb.

"Bakı üçün nəzərdə tutulmuş limit 25 min taksidir, amma hazırda sayı 40 mindən çoxdur" - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, belə hallarla üzləşdikdə 141 qaynar xəttinə və ya taksi operatorlarına məlumat verilsin:

"Sistemdə hər hansı boşluq yoxdur. Problem, bəzi taksi sürücülərinin məsələyə fərdi yanaşması və özbaşına qərar verməsidir. Onlar elə bilirlər ki, hər şey belə də olmalıdır, amma bu, onların şəxsi qərarı deyil. Taksilər dolayı yolla ictimai nəqliyyatın bir növüdür və dövlətin burada tənzimləyici funksiyası va

Dövlət bu funksiyanı həyata keçirmək üçün qaydalar müəyyən edib və taksi sürücüləri onlara əməl etmək məcburiyyətindədir. Qaydaları pozduqda isə barələrində müvafiq tədbirlər görülür.

Sürücülərin sifarişi qəbul edib sonra imtina etmələrinin əsas səbəbi nağdsız ödənişlərə maraqdır. Onlar hesab edirlər ki, nağdsız ödəniş daha əlverişlidir və buna görə belə hərəkətlərə yol verirlər.

Bütün taksi şirkətləri və yerüstü nəqliyyat agentliyi vətəndaşlara dəfələrlə müraciət edərək bildiriblər ki, belə hallarla üzləşdikdə 141 qaynar xəttinə və ya taksi operatorlarına məlumat verilsin. Bu halda sürücü barəsində tədbir görülür, adətən bloklanma tətbiq edilir.

Hazırda Azərbaycanda, xüsusən də Bakıda taksi islahatları çərçivəsində sayı tənzimlənir. Bakı üçün nəzərdə tutulmuş limit 25 min taksidir, amma hazırda sayı 40 mindən çoxdur. Ona görə də şikayət olan hallarda dərhal sürücülər bloklanır.

Vətəndaşlar fəal olmalı və şikayət edərək öz etirazlarını bildirməlidirlər. Davamlı şikayətlər sürücülərin məsuliyyətini daha yaxşı dərk etməsinə səbəb olacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1214   Tarix: 12 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Azərbaycanda internet BAHALAŞIR - YENİ QİYMƏT

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadla xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi

19 sentyabr
.

ƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək

Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav

20 sentyabr
.

TƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA

Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il

19 sentyabr
.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

19 sentyabr
.

Sabahın havası açıqlandı

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

19 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?

Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar

19 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr