Yüksək IQ-lü uşaqlar - Onlar üçün hansı risklər var?
Müasir dövrün trend olan kəlimələrdən biri də IQ-dür. Xüsusi ilə uşaqların intellekt səviyyəsi, yəni IQ göstəricisi, valideynlər və müəllimlər üçün maraq doğuran mövzudur.
Çünki hər kəs övladının ağıllı olub-olmaması, məktəbdə və həyatda uğur qazanıb-qazanmayacağı ilə maraqlanır. Bununla bağlı internet resurslarında müxtəlif testlər olsa da, psixoloqlar həmin testləri qəbul etməyərək, IQ-nün müəyyən edilməsinin psixoloqlar tərəfindən aparılmasını dəstəkləyir.
Amma IQ nədir və bu göstərici uşağın şəxsiyyətini nə qədər əks etdirir? Yüksək IQ hər zaman uşaq üçün mütləq uğur deməkdirmi, yoxsa bu yalnız müəyyən bacarıqların göstəricisidir?
Psixoloq Seyyid-Zeynəb Əliyeva Qaynarinfo-ya bildirib ki, IQ, yəni intellekt əmsalı, insanın müəyyən idrak bacarıqlarını ölçmək üçün yaradılmış psixometrik göstəricidir:
"Bu göstərici reallığı əks etdirir, amma bütöv reallığı yox. Yəni IQ uşağın ümumi şəxsiyyətini deyil, yalnız zəkanın ölçülə bilən tərəflərini göstərir".
Psixoloqun sözlərinə görə, uşaqlarda IQ əsasən məntiqi düşünmə, problem həll etmə, diqqət, yaddaş və verbal anlayış kimi bacarıqları ölçür:
"Bu testlər uşağın necə düşündüyü barədə məlumat verir, amma onun necə hiss etdiyini göstərmir. Emosional zəka, empati, sosial münasibətlər, yaradıcılıq, motivasiya və psixoloji dözümlülük IQ testlərinin əhatə dairəsinə daxil deyil".
Seyid-Zeynəb Əliyeva deyir ki, yüksək IQ göstəricisi olan uşaqlarda müəyyən psixoloji risklər də müşahidə oluna bilər:
"Bu uşaqlar yaşıdlarından fərqli düşündükləri üçün bəzən özlərini tənha və anlaşılmamış hiss edə bilirlər. Onlara qarşı gözləntilər yüksək olur və bu, perfeksionizm, səhv etmək qorxusu və daxili narahatlığa səbəb ola bilər. Bəzən isə "ağıllı uşaq" etiketi uşağın emosional ehtiyaclarının görünməməsinə gətirib çıxarır".
Psixoloq son olaraq bildirir ki, uşaq təkcə bir IQ göstəricisi deyil. Onun sağlam inkişafı üçün intellektual bacarıqlarla yanaşı, emosional təhlükəsizlik, anlayış və qəbul da vacibdir. Çünki uşaq bir rəqəm yox, hissləri, ehtiyacları və potensialı olan bütöv bir psixoloji varlıqdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...