Niyə şəkillərimizə fotoşop edirik? - AÇIQLAMA

Niyə şəkillərimizə fotoşop edirik? - AÇIQLAMAMüasir dövrdə sosial media insanın özünü təqdimetmə formasını köklü şəkildə dəyişib. Artıq görüntü təkcə xatirə deyil, sosial dəyər, qəbul olunma və təsdiq vasitəsinə çevrilib.

Bu mühitdə vizual standartlar sərtləşdikcə, xüsusilə qadınlar üzərində "ideal görünüş" təzyiqi daha qabarıq hiss olunur. Fotolara aşırı fotoşop tətbiqi də çox vaxt bu psixoloji və sosial mexanizmlərin nəticəsi kimi ortaya çıxır.

Bəs görəsən aşırı fotoşopun psixoloji səbəbləri nələrdir?

Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:

"Fotoya aşırı fotoşop tətbiq etmək çox vaxt estetik seçimdən daha çox daxili narahatlığın göstəricisidir. Qadın özünü başqasının baxış bucağından qiymətləndirməyə başlayanda, güzgüdə gördüyü obrazla paylaşmaq istədiyi obraz arasında fərq yaranır. Bu fərqi aradan qaldırmaq üçün rəqəmsal müdaxilə bir növ "psixoloji qoruyucu mexanizmə" çevrilir. İnsan real görünüşü deyil, qəbul olunacağını düşündüyü versiyanı göstərir.

Burada təsdiq ehtiyacı da mühüm rol oynayır. Bəyənmə, şərh və diqqət beyində mükafat sistemi ilə əlaqəlidir. Daha çox müsbət reaksiya almaq, dəyərli və arzuolunan hiss etmək istəyini gücləndirir. Əgər qadın daxildə özünü yetərli hiss etmirsə və ya keçmişdə görünüşü ilə bağlı tənqid olunubsa, fotoşop vasitəsilə özünü "təhlükəsiz" təqdim etməyə çalışa bilər.

Bəzi hallarda bu davranış münasibətlərdə yaşanan dəyərsizlik hissi ilə də əlaqəli olur. Özünü kifayət qədər seçilməyən, qiymətləndirilməyən və ya diqqət görməyən qadın zahiri görünüş üzərində nəzarəti artıraraq itirdiyi emosional balansı kompensasiya etməyə çalışa bilər. Çünki görünüş üzərində dəyişiklik etmək daha asandır, daxili boşluqla üzləşmək isə daha çətindir.

Estetik redaktə etmək normaldır və bu, hər zaman özgüvən problemi demək deyil. Ancaq insan filtrsiz fotosunu paylaşmaqdan ciddi narahatlıq keçirirsə, öz real simasını qəbul edə bilmirsə, artıq burada özünüqəbul və bədən imici ilə bağlı daha dərin psixoloji proseslərdən danışmaq mümkündür".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1042   Tarix: 13 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR

Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar

19 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub

Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il

19 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf

19 sentyabr
.

Qarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası

2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind

19 sentyabr