Pəhləvi Trampı İranla danışıqlara vaxt sərf etməməyə çağırıb

Pəhləvi Trampı İranla danışıqlara vaxt sərf etməməyə çağırıbSonuncu İran şahının böyük oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampın administrasiyasını İranla danışıqlara çox vaxt sərf etməməyə və dərhal hərbi müdaxiləyə keçməyə çağırıb.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Münxen Təhlükəsizlik Konfransının kuluarlarında bildirib.

"ABŞ-nin müdaxiləsi və Prezident Trampın İran xalqını dəstəkləmək vədini yerinə yetirməsinin vaxtı çatıb. Müdaxilə həyatları xilas etməyin yoludur", - Pəhləvi deyib.

Onun sözlərinə görə, ABŞ-nin hərbi müdaxiləsi sadəcə zaman məsələsidir.

Xatırladaq ki, Tramp administrasiyası İranla nüvə sazişi barədə danışıqlar aparır, eyni zamanda, regionda hərbi qüvvələrini artırır.

Ötən həftə, fevralın 6-da amerikalı və iranlı diplomatlar Omanda danışıqlar aparıblar və fevralın 17-də növbəti danışıqların aparılması gözlənilir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 399   Tarix: 14 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaponiya mineral xammal istehsalını maliyyələşdirməyə hazır olduğunu elan edib

Yaponiya kritik əhəmiyyətli mineral xammal istehsalının tərəfdaşlıq maliyyələşdirilməsi mexanizmini (CMMFF) qətiyyətlə dəstəkləyir və 20 milyon ABŞ dolları məbləğində töhfə verəcək. "Report"un Səmərqənddən xəbər verdiyi kimi, bunu Yaponiyanın AİB-dəki nümayəndəsi, maliyyə naziri, maliyyə xidmətlər

3 may
.

KİV: İran ABŞ blokadası fonunda neft hasilatını azaldır

İran ABŞ-nin tətbiq etdiyi dəniz blokadası fonunda neft anbarlarının dolmasının qarşısını almaq üçün hasilatı azaltmağa başlayıb. xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Tehran neft anbarlarının tam dolmasını gözləmədən əvvəlcədən hasilatı azaltma

3 may
.

ABŞ bunker əleyhinə yeni nüvə silahı üzərində işləyir

ABŞ Energetika Nazirliyi növbəti maliyyə ilinin büdcəsinə bunker əleyhinə nüvə başlıqlı yeni, güclü bombanın hazırlanması üçün milyonlarla dollar ayrılmasını təklif edir. "The War Zone" portalına istinadən xəbər verir ki, söhbət yeraltı bunkerləri və digər möhkəmləndirilmiş obyektləri məh

3 may
.

Çində masaj salonunda yanğın baş verib, altı nəfər ölüb

Çinin mərkəzi hissəsində yerləşən Henan əyalətində baş verən yanğın nəticəsində altı nəfər ölüb. "Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hadisə mayın 2-də səhər saatlarında Linbao şəhərində yerləşən ayaq masajı salonunda baş verib. Məlumata görə, alov sürətlə yayılara

3 may
.

Avropa sürətlə istiləşir: təhlükəli temperatur rekordları

İqlim dəyişikliyini sürətləndirən bir neçə amil Avropanı dünyanın ən həssas bölgələrindən birinə çevirir. Keçən il Avropanın demək olar ki, hər yerində temperatur normadan yüksək olub, kütləvi meşə yanğınları rekord həddə çatan əraziləri və istilik dalğaları qitəni şimaldan cənuba doğru bürüyüb. bildiri

3 may
.

Çexiyada Ermənistan səfirinin seyfi oğurlanıb

Naməlum şəxslər Ermənistanın Çexiyadakı səfirliyinin Praqa şəhərində yerləşən binasından səfirə məxsus seyfi oğurlayıblar. "Irozhlas" xəbər portalına istinadən bildirir ki, hadisə 2025-ci il dekabrın 9-da baş versə də, bu barədə yalnız indi məlumat yayılıb. Polis bir neçə ay ərzində iki nəfə

3 may
.

Təbiətdə niyə mavi məməlilər yoxdur?

Məməlilər aləmində mavi rəngə demək olar ki, rast gəlinmir. Məsələn, onların heç birinin həqiqi mənada mavi tükləri yoxdur. Qaynarinfo xəbər verir ki, "IFLScience" nəşri məməlilər arasında niyə mavi rəngin olmadığı barədə məlumat yayıb. Qeyd olunur ki, primatlar məməlilər qrupunda ən müxtəli

4 may
.

İran ABŞ-yə bir ay ərzində üç məsələni həll etməyi təklif edib

İran ABŞ-yə 30 gün ərzində Hörmüz boğazının açılması, Amerika dəniz blokadasının dayandırılması, habelə İran və Livanda müharibənin tamamilə başa çatdırılmasını nəzərdə tutan saziş barədə razılığa gəlməyi təklif edib. bildirir ki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid İran təklif

3 may
.

Əli Nikzad: ABŞ ilə danışıqlarda əsas şərtlərdən biri Livana hücumların dayandırılmasıdır

İranın ABŞ ilə danışıqlarda əsas şərtlərindən biri Livana hücumların tamamilə dayandırılmasıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Əli Nikzad deyib. "Ölkənin istənilən danışıqlar üçün şərti aydındır - bu, Livana qarşı təcavüzün tamamilə dayandırılmasın

3 may