Bakının məşhur restoranlarında fantastik iftar qiymətləri (SİYAHI)

Bakının məşhur restoranlarında fantastik iftar qiymətləri (SİYAHI)Paytaxtın populyar restoranlarında iftar menyularının qiymətləri açıqlanıb.

Sabah Azərbaycanda Ramazan ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Astrofizika Rəsədxanasına ünvanladığı sorğusuna əsasən, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edəcək. Ramazan ayının gəlişi ilə əlaqədar olaraq artıq Bakı şəhərində fəaliyyət göstərən bir çox məşhur restoran iftar menyularını təqdim ediblər.

İqtisadiyyat.az-ın araşdırmasına əsasən, həmin restoranlarda bir nəfər üçün nəzərdə tutulmuş iftar menyusunun fərqli qiymətləri müəyyənləşib.

Belə ki, Ramazan ayı boyunca aşağıdakı restoranlar üzrə iftar qiymətləri 20-120 manat arasında dəyişir.

"Four Season" hotelində yerləşən "Zafferano" restoranında iftar menyusunun bir nəfərlik qiyməti 120 manat təşkil edir. Burada iftar süfrəsinə minimum iki nəfər qəbul edilir.

Paytaxtın məşhur "Günaydın" restoranında bir nəfər üçün iftar menyusunun qiyməti 90 manatdır.

"Fairmont Baku"da yerləşən "Le Bistro" restoranında isə bir nəfərlik iftar menyusu 88 manata təklif olunur.

Xəqani küçəsindəki məşhur "Ağabala" restoranında bir nəfər üçün iftar menyusu 85 manat müəyyənləşib.

"The Ritz Carlton"nun "Tribeca" restoranında iftar menyusu bir nəfər üçün 85 manata təklif olunur.

"JW Marriot Abşeron Baku"da yerləşən "Fireworks Urban Kitchen" restoranında bir nəfər üçün iftar menyusunun qiyməti 80 manat, "Zest Lifestyle Cafe"də isə açıq bufet formatında 50 manat müəyyənləşib.

"Hilton"da yerləşən "Sky Grill" restoranında iftar menyusu 70 manata təklif olunur.

"Gizli Bahçe" restoranında da oruc tutan bir şəxsə iftar açmaq 70 manata başa gələcək. Burada 10%-lik servis haqqı da nəzərdə tutulub.

Xaqani küçəsində yerləşən "Prive Steak Gallery" restoranında iftar açmaq istəyən şəxs 45, 60 və ya 70 manat ödəməli olacaq. Eyni zamanda burada 10%-lik servis haqqı da var.

Bayraq Meydanının yaxınlığında yerləşən "Ruby 360 Baku" restoranında iftar menyusu bir nəfər üçün 45 manat təşkil edir. Buraya 10%-lik sevis haqqı da daxildir.

"Dreamland"da yerləşən "Green Lounge" restoranında bir nəfər üçün iftar menyusu 55 manat təşkil edir. Burada 7%-lik servis haqqı da mövcuddur.

"Baku Marriott Hotel Boulevard"da yerləşən "Black City Lounge" restoranında bir nəfər üçün iftar menyusu 48 manat təşkil edir.

Dənizkənarı Bulvar ərazisində yerləşən "The Gallery Baku" restoranında bir nəfərlik iftar süfrəsi 25-35 manat arasında dəyişir. Eyni zamanda bulvarda yerləşən "Sədəf" restoranında bir nəfərlik iftar süfrəsi 20 manata təklif olunur.

Bir nəfərin iftar açması "Torqovı"da yerləşən "Societe Baku"da 50-70 manata, "Central Baku"da 44 manata, "Caravan Baku"da 25 manata, "Firuzə" restoranında isə 28,5 manata başa gələcək.

İçərişəhərdə yerləşən "Shak Garden" restoranında bir nəfərlik iftar menyusu 60 manat təşkil edir. Burada 10 faizlik servis haqqı da mövcuddur. Ramazan ayına özəl təqdim olunan bu menyu yalnız korporativ qonaqlar üçün nəzərdə tutulub. Menyu minimum 10 nəfərlik qruplar üçün keçərlidir.

İçərişəhərdəki "Natavan" restoranında bir nəfər üçün iftar süfrəsi 35-45 manata, "Burc Qala" restoranında üçün 27 manata, "Mist" restoranında 25 manata, "Çayı Bağı" restoranında isə 29 manata açılır. Bununla yanaşı 10 faiz servis haqqı da nəzərdə tutulub.

Nizami küçəsində yerləşən "Khan Baku" restoranı bir nəfərə iftar süfrəsini 35 manata təqdim edir.

Səbaildəki "Nar Şərab" restoranının "Senator" zalında müqəddəs ayda bir nəfərlik iftar süfrəsi 40 manata təklif edilir.

Paytaxtın Nizami rayonundakı "Biz-Bizə" restoranında iftar qiyməti 28 manat müəyyənləşib. Rayondakı "Sherlock" restoranında isə iftar menyusunun qiyməti 25-35 manat aralığında dəyişir.

Atatürk prospektində yerləşən "The Mood Baku"da toyuqla iftar menyusu 30 manat, ət və balıqla olan iftar menyusu isə 35 manata təklif edilir.

Badamdar qəsəbəsində paytaxtın ən hündür nöqtələrindən birində yerləşən dəniz mənzərəli "Hill" restoranında bir nəfər üçün iftar menyusu 50 manat təşkil edir.

Nərimanovda yerləşən "Mama Meri" restoranında bir nəfərlik iftar menyusunun qiyməti 30 manatdan çoxdur.

Bakıdakı bir neçə mall-da yerləşən "Etiler Meat House"da iftar açmaq istəyən şəxslər 50 manat ödəməli olacaqlar.

"City Park Mall"da yerləşən "Zancafil" restoranında bir nəfərlik toyuqla olan menyu 33 manata, quzu ilə olan menyu 37 manata, dana menyu isə 39 manata təklif edilir.

Səbaildəki məşhur "Badam d'Art" Hotelin restoranında orucunu açmaq istəyən şəxslərə iftar menyusu 50 manata təklif olunur.
"Mado" restoranında bir nəfərlik toyuqla olan iftar menyusu 25 manat, ətlə olan iftar menyusu isə 27 manat təşkil edir. Burada servis haqqı 11% təşkil edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 725   Tarix: 18 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İldırımın vurub öldürdüyü gəncin - Fotosu

Xəbər verdiyimiz kimi, dünən saat 17 radələrində Lerik rayonunda ildırım vurması nəticəsində bir nəfər həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, 21 yaşlı Cəfər Əbdül oğlu Mirzəzadənin fotosunu yayıb. Qeyd edək ki, ildırım C.Mirzəzadəni evinin həyətində vurub

4 may
.

WUF13 çərçivəsində Bakıda xüsusi hərəkət zolaqları yaradılacaq - BU KÜÇƏLƏRDƏ

WUF13 çərçivəsində Bakının bir sıra küçə və prospektlərində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək. Bu barədə -a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Müvəqqəti hərəkət zolaqları Heydər Əliyev prospekti - Aerport şosesi, Abbasqulu ağa Bakıxanov küçəsi, Mehdi Abbaso

4 may
.

"Bakı Marafonu 2026"nın mükafatlandırma mərasimi olub, qaliblərə medalları Leyla Əliyeva təqdim edib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"da mükafatlandırma mərasimi olub. xəbər verir ki, marafonun "Sea Breeze" ərazisindəki finiş zonasında qaliblərə medalları Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyl

3 may
.

Azərbaycandan tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Qeyd olunur ki, 8 vaqon gübrə Ermənistana göndəriləcək. Vaqonların saat 12:00-da Biləcəri stansiyasından yola salınmas

3 may
.

Azərbaycanda müavinətlərlə bağlı YENİ QAYDA

Mayın 1-dən hamiləliyə və doğuma görə müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq. Trend-in əldə etdiyi məlumata görə, məsələ ilə bağlı müvafiq qərar 2026-cı il mayın 1-dən etibarən qüvvəyə minəcək. Belə ki, hamiləliyə və doğuma görə müavinət tibbi müəssisəsi tərəfindən elektron sənəd formasınd

3 may
.

Apreldə 5 nəfər zəhərlənmədən ölüb

2026-cı ilin aprel ayında KTM-in Toksikologiya şöbəsinə ümumilikdə 79 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub. Bu barədə "Qafqazinfo"ya xəstəxanadan məlumat verilib. Bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 74 pasiyentin vəziyyəti stabilləşdirili

4 may
.

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İçərişəhərdəki Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalını ziyarət ediblər. "Report" xəbər verir ki, onlar festivalda nümayiş olunan xalça nümunələri, ənənəvi sənətkarlıq məmulatları

3 may
.

"Space" TV-yə yeni baş direktor təyin edildi

"Space" televiziyasına yeni baş direktor təyin edilib. -ın -a istinadən məlumatına görə, "Space" televiziyasının təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib. Ayaz Mustafayev bir az əvvəl televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə icla

4 may
.

Azərbaycanda istilik mövsümü uzadılır?

Yaz fəslinin ortaları olmasına baxmayaraq, Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə yağışlı və küləkli günlərin davam etməsi əhali arasında istilik tələbatını yenidən aktuallaşdırıb. Bir çox mənzillərdə istilik cihazlarının hələ də istifadədə qalması mövcud vəziyyəti

4 may