Bakıda ərindən boşanmaq istəməyən qadın falçıya 16 min manat ödəyib
Bakıda həyat yoldaşından boşanmaq istəməyən qadın dələduzluğun qurbanı olub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Zərnigar Məmmədova (ad-soyad şərtdiri) bunun üçün 1968-ci il təvəllüdlü, özünü falçı kimi təqdim edən Aidə Cəfərovaya (ad-soyad şərtidir) 16 297 manat ödəyib.
Belə ki, Zərnigar ailə problemlərinin həlli üçün baxıcı qadına müraciət edib.
Falçı isə 16 000 manat pul müqabilində müxtəlif dualar yazıb verməklə onların ailəsinin dağılmasının, həyat yoldaşının onu boşamasının və xarici dövlətə köçüb getməsinin qarşısını ala bicəyini bildirib.
Falçı eyni zamanda, ona verəcəyi müxtəlif növ əşyaları evində gizli bir yerdə saxlamasını deyib.
İlkin olaraq Aidə Cəfərova 790 manat məbləğində nağd pul alıb qadına 2 xaç və 2 yumuru əşya verib evdə gizlətməsini tapşırmaqla onu həyat yoldaşı ilə ailə münasibətlərinin yaxşılaşacağına inandırıb. Bundan sonra falçı Zərnigarı daha da aldadaraq, onun qızıl-zinyət əşyalarını da ələ keçirib.
Xəzər Rayonu Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs qarşı tərəfə dəymiş maddi ziyanı ödədiyini bildirib. "Konstitusiya və Suverenlik İli" münasibətilə özünü falçı kimi təqdim edən qadın barəsəində amnistiya elan edilib və CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 876 Tarix: 18 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah hava necə olacaq?
Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağ
17 noyabrMəşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar
"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə
16 noyabr"20 Yanvar"da qəza - Motosikletçi öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb
17 noyabrPrezident təqaüdü alanların sayı açıqlandı
Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunan şəxslərin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, müxtəlif kateqoriyadan olan 407,6 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxr
18 noyabrAzərbaycanda yerli QHT-lər yenidən qeydiyyata alınacaq
Azərbaycanda yerli QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri qanunvericiliyə ediləcək dəyişikliklərlə əlaqədar yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olacaqlar. xəbər verir ki, bu, Milli Məclisin 17 və 18 noyabr tarixlərində keçiriləcə
17 noyabrƏməkhaqqı ödənişləri elektronlaşdırılacaq
Əməkhaqqı ödənişləri elektronlaşdırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən əmək münasibətləri iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayə
18 noyabr