"Həvva əfsanəsi"nin qaranlıq tərəfi: Dünyanın ilk klon körpəsinə nə oldu?
2002-ci ilin son günlərində bütün dünya sensasion bir xəbər ilə sarsılmışdı: İnsanlıq "tanrı roluna" başlamış və tarixdəki ilk klon insan körpəsi dünyaya gəlmişdi.
Qaynarinfo xəbər verir ki, Eve (Havva) adlanan bu gizli körpənin, anasının genetik eyni olduğu və tibb dünyasında yeni bir dövr açdığı elan edilmişdi. Lakin bu sansasion xəbər arxasında laboratoriya önlüyü geyinmiş alimlər yox, uzaq varlıqlara inanan bir tarikatın kölgəsi dayanmışdı.
Layihəni həyata keçirən "Clonaid" şirkətinin rəhbəri Bricit Boisselier kameralar qarşısında Evenin doğumunu elan edərkən, beş il əvvəlki qoyun "Dolly" uğurunu bir addım irəliyə apardıqlarını iddia edib. Boisselierə görə körpə, anasının dərisindən götürülmüş DNA-nın elektrik cərəyanı ilə canlandırılması nəticəsində yaranmışdı. Bu üsul, uşaq sahibi ola bilməyənlər və ya sevdiklərini itirənlər üçün "ölümsüzlüyün açarı" kimi təqdim olunurdu. Lakin tibb dünyası bu iddiaları eşidəndə şübhələnirdi: çünki heç bir sübut və ya müstəqil laboratoriya hesabatı mövcud deyildi.
Bu böyük texnoloji təşəbbüsün maliyyələşdiricisi, "Rael" adı ilə tanınan keçmiş yarış pilotu və pop ulduzu Klaude Vorilhon idi. O, qurduğu "Raelian" hərəkatında inanırdı ki, insanlıq "Elohim" adlı yadplanetlilər tərəfindən laboratoriyada yaradılıb. Onlara görə klonlama, zehnin yeni bir bədənə köçürülməsini təmin edən müqəddəs bir yolun ilk addımıdır.
Heç bir elmi təcrübəsi olmayan "Clonaid" şirkətinin əslində bu tarikatın bir uzantısı olduğu üzə çıxmış və layihənin ciddiyyəti sual altına düşmüşdü. Müstəqil testlər vəd olunmasına baxmayaraq, heç bir elm insanına genetik nümunə göndərilməmişdi.
Təxminən 25 il keçməsinə baxmayaraq, nə Eve, nə də iddia edilən digər klon körpələr ortaya çıxmayıb. Alimlərin yekdil fikri belədir: Eve böyük ehtimalla heç vaxt mövcud olmayıb. Lakin bu böyük saxtakarlıq, həqiqi tibb dünyasına geri dönülməsi çətin ziyan vurub. Yaradılan qorxu dalğası bir çox ölkəni sürətlə sərt qanunlar qəbul etməyə məcbur edib. Kök hüceyrə tədqiqatları və tibbi klonlama işləri bu tarikatın yaratdığı etik müzakirələrin kölgəsində illərlə dayanmış olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 883 Tarix: 18 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Donald Tramp BMT-də Zelenski ilə görüşməyəcək?
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməyi nəzərdə tutsa da, siyahıya Ukrayna lideri Volodimir Zelenskinin adı daxil edilməyib. xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Obşestvennoye Novosti" nəşr
19 sentyabrABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey
20 sentyabr"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrRusiyadan enerji alan ölkələrə 100%-dək rüsum: Tramp qanunu imzaladı
ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, sentyabrın 18-də Amerika lider
20 sentyabrQadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı
Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli
20 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabr