"Mobil telefonda bu məlumatları saxlamaq ciddi təhlükə yaradır" - AÇIQLAMA

"Mobil telefonda bu məlumatları saxlamaq ciddi təhlükə yaradır" - AÇIQLAMARəqəmsal texnologiyaların gündəlik həyatımızda rolu artdıqca mobil telefonlarda saxladığımız şəxsi məlumatların həcmi də genişlənir. Bu səbəbdən də telefonlarda hansı məlumatların saxlanılmasının təhlükə yaratdığı məsələsi də аktuallıq qazanır. Bəs, konkret olaraq mobil telefonlarda hansı növ məlumatların saxlanılması istifadəçilər üçün ciddi təhlükə yarada bilər və bu risklərin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Sonxeber.az-a İKT üzrə ekspert Elvin Abbasov danışıb.

"Mobil telefonda bu məlumatları saxlamaq ciddi təhlükə yaradır" - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, mobil telefonların artıq rəqəmsal bir seyfə çevrildiyi müasir dövrdə bəzi məlumatların orada saxlanılması kiber-insident və ya cihazın itirilməsi zamanı fəlakətli nəticələrə yol aça bilər:

"Konkret olaraq, bank kartlarının hər iki üzünün fotosu, PİN kodlar, müxtəlif hesabların şifrələrinin yazıldığı qeydlər (notes) və şəxsiyyət vəsiqəsi kimi rəsmi sənədlərin skan olunmuş versiyaları telefonun qalereyasında və ya bulud yaddaşında şifrələnməmiş halda saxlanılmamalıdır. Həmçinin, tətbiqlərdə "məni xatırla" funksiyasının aktiv olması, xüsusilə maliyyə və elektron hökumət tətbiqləri üçün ciddi təhlükə mənbəyidir, çünki cihaz kənar şəxslərin əlinə keçdikdə bu məlumatlar birbaşa giriş qapısına çevrilir.

Bu risklərin qarşısını almaq üçün ilk növbədə İki Faktorlu Doğrulama (2FA) sistemini bütün kritik hesablar üçün aktivləşdirmək zəruridir. Şəxsi sənədlər və şifrələr mütləq şəkildə "Password Manager" (şifrə idarəçisi) kimi xüsusi şifrələnmiş tətbiqlərdə və ya telefonların daxili "Təhlükəsiz Qovluq" (Secure Folder) bölmələrində saxlanılmalıdır. Bundan əlavə, biometrik təhlükəsizlik (FaceID və ya barmaq izi) hər bir kritik tətbiq üçün fərdi şəkildə quraşdırılmalı və cihazın əməliyyat sistemi mütəmadi olaraq yenilənməlidir ki, məlum kiber-boşluqlar vaxtında bağlansın. İctimai yerlərdə açıq Wi-Fi şəbəkələrindən istifadə edərkən şəxsi məlumatların ötürülməsindən qaçmaq isə rəqəmsal gigiyenanın ən vacib qaydalarından biridir".

Vüsalə İbarhimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3159   Tarix: 19 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İldırımın vurub öldürdüyü gəncin - Fotosu

Xəbər verdiyimiz kimi, dünən saat 17 radələrində Lerik rayonunda ildırım vurması nəticəsində bir nəfər həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, 21 yaşlı Cəfər Əbdül oğlu Mirzəzadənin fotosunu yayıb. Qeyd edək ki, ildırım C.Mirzəzadəni evinin həyətində vurub

4 may
.

WUF13 çərçivəsində Bakıda xüsusi hərəkət zolaqları yaradılacaq - BU KÜÇƏLƏRDƏ

WUF13 çərçivəsində Bakının bir sıra küçə və prospektlərində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək. Bu barədə -a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Müvəqqəti hərəkət zolaqları Heydər Əliyev prospekti - Aerport şosesi, Abbasqulu ağa Bakıxanov küçəsi, Mehdi Abbaso

4 may
.

"Bakı Marafonu 2026"nın mükafatlandırma mərasimi olub, qaliblərə medalları Leyla Əliyeva təqdim edib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"da mükafatlandırma mərasimi olub. xəbər verir ki, marafonun "Sea Breeze" ərazisindəki finiş zonasında qaliblərə medalları Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyl

3 may
.

Azərbaycandan tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Qeyd olunur ki, 8 vaqon gübrə Ermənistana göndəriləcək. Vaqonların saat 12:00-da Biləcəri stansiyasından yola salınmas

3 may
.

Azərbaycanda müavinətlərlə bağlı YENİ QAYDA

Mayın 1-dən hamiləliyə və doğuma görə müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq. Trend-in əldə etdiyi məlumata görə, məsələ ilə bağlı müvafiq qərar 2026-cı il mayın 1-dən etibarən qüvvəyə minəcək. Belə ki, hamiləliyə və doğuma görə müavinət tibbi müəssisəsi tərəfindən elektron sənəd formasınd

3 may
.

Apreldə 5 nəfər zəhərlənmədən ölüb

2026-cı ilin aprel ayında KTM-in Toksikologiya şöbəsinə ümumilikdə 79 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub. Bu barədə "Qafqazinfo"ya xəstəxanadan məlumat verilib. Bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 74 pasiyentin vəziyyəti stabilləşdirili

4 may
.

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İçərişəhərdəki Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalını ziyarət ediblər. "Report" xəbər verir ki, onlar festivalda nümayiş olunan xalça nümunələri, ənənəvi sənətkarlıq məmulatları

3 may
.

"Space" TV-yə yeni baş direktor təyin edildi

"Space" televiziyasına yeni baş direktor təyin edilib. -ın -a istinadən məlumatına görə, "Space" televiziyasının təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib. Ayaz Mustafayev bir az əvvəl televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə icla

4 may
.

Azərbaycanda istilik mövsümü uzadılır?

Yaz fəslinin ortaları olmasına baxmayaraq, Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə yağışlı və küləkli günlərin davam etməsi əhali arasında istilik tələbatını yenidən aktuallaşdırıb. Bir çox mənzillərdə istilik cihazlarının hələ də istifadədə qalması mövcud vəziyyəti

4 may