Gənclər arasında saç tökülməsinin artmasında hansı psixoloji faktorlar rol oynayır? - AÇIQLAMA
Son illər gənclər arasında saç tökülməsi halları artmaqdadır və mütəxəssislər bu problemin təkcə tibbi deyil, həm də psixoloji səbəblərlə əlaqəli ola biləcəyini bildirirlər. Bəs, gənclər arasında saç tökülməsinin artmasında psixoloji amillər hansı rolu oynayır və bu problemin qarşısını almaq üçün psixoloji baxımdan nələrə diqqət etmək lazımdır?
Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.
O, açıqlamasında qeyd edib ki, gənclər arasında saç tökülməsini artıra biləcək amillərə psixoloji yanaşsaq, bunun bir neçə səbəbi ola bilər:
"Uzun müddətli stress, gərginlik və narahatlıq - imtahan həyəcanı, sosial təzyiqlər, işdə gərginlik, ciddi dietalar və s. - saç tökülməsinə səbəb ola bilər. Digər səbəb insanın daxilindəki depressiv və ya emosional boşluq kimi hallar, bədəndə bəzi funksiyaların pozulmasına yol açır ki, bu funksiyalardan biri də məhz saç toxumalarına aiddir.
Saçsız qalmaq və ya keçəlləşmə qorxusu da tökülməni tətikləyə bilər. Son zamanlarda sıx-sıx rast gəlinən trikotillomaniya davranış pozuntuları hal-hazırda yayğındır. Belə ki, bəzi yeniyetmələr və gənclər stress zamanı saç, qaş və kiprik yolma kimi davranışlar göstərirlər, bu da nəticə etibarilə fiziki olaraq çox sayda tük itkisinə səbəb olur.
Qarşısını almaq üçün, əlbəttə ki, çevrədə və yaxında kimsə bu sindromu fərqinə varmalı və ya insan düşünürsə ki, səbəbsiz saçları tökülür, psixoloji dəstək və terapiyalara yönləndirmək tövsiyə olunur. Psixoloji savadlanma, emosiyaları idarə etmək üçün psixoloji dəstək və ya terapiyaları artıq həyat tərzinə çevirmək mütləqdir. İnsanlar başa düşməlidirlər ki, psixoloqa müraciət yalnız müzakirə məqsədilə baş vermir. Bu, fərdin həyat tərzinin bir hissəsi, şəxsi psixoloji savadının inkişaf etdirilməsi və emosional-fikri vəziyyətinə davamlı qayğı göstərilməsi prosesidir.
İnsan öz düşüncələrinə, emosiyalarına və psixoloji sağlamlığına indidən diqqət yetirməklə gələcəkdə yaşlılığını daha rahat və balanslı keçirə, həm də öz ayaqları üzərində arzu və hədəflərinə doğru davam edə bilər. Ruhun və ağılın yaşı yoxdur. Amma bəzən həyat qayğıları çoxala bilər və əgər düşüncələr, emosiyalar kontrolsuz qalarsa, bu, həm ruha, həm də ağla təsirsiz ötüşmür və həyat keyfiyyətini azalda bilər".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 659 Tarix: 19 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA
Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il
19 sentyabrOktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ
Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza
20 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrPensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO
2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər
20 sentyabrQaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy
20 sentyabrBu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı
20 sentyabrBakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq
Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa
19 sentyabrQarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası
2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind
19 sentyabr