Abşeron Mərkəzi Xəstəxanasında növbə biabırçılığı - Video
Pasiyentlər Abşeron rayon Mərkəzi Xəstəxanasındakı növbə problemi, həkim çatışmazlığı, "sabah gələrsiz" süründürməçiliyindən narazıdır.
Tribuna.az-a bu barədə yazan, növbə problemindən əziyyət çəkən pasiyentlər bildirib ki, nə vaxt gəlsələr xəstəxanada izdihamdır, növbəyə yazılmaq, həkim tapmaq mümkün deyil.
Şikayətçilər bildirib ki, xəstəxanada növbə probleminin yaranmasına səbəb həkim çatışmazlığı və olan həkimlərin də yerində olmamasıdır:
"Rəsmi olaraq xəstəxanada 8 ştatlı lor həkimi olmalıdır, ancaq cəmi iki həkim var. Biri əməliyyatdadır, digəri də xəstədir, gəlməyib. Belə deyib geri göndərirlər. Səhər gələndə isə qəbula düşmək mümkün olmur. Müraciət edən çox, həkim isə az.
2 gündür uşağı aparıb gətirirəm. Həkimin qəbuluna düşə bilməmişik.
Xəstəxananın baş həkiminə də bildiririk, deyir, bizdə həkim azdır, başqa xəstəxanaya get".
Şikayətçilər bildirib ki, ölkədə səhiyyə ilə bağlı bir neçə dövlət qurumu var. Ancaq heç biri indiyə qədər normal sistem, şərait qura bilməyib.
Qeyd edək ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova və baş həkimi isə Fərrux Sədirovdur. S.Sadıxova TƏBİB-in vəzifəsindən yeni azad edilən keçmiş rəhbər Vüqar Qurbanova ən yaxın kadrlardan sayılır. S.Sadıxovanı neçə ildir V.Qurbanovun himayə etdiyi bildirilir.
Həmçinin V.Qurbanov S.Sadıxovanı dəfələrlə böyük təhlükələrdən qoruyub.
Bununla bağlı növbəti yazılarımızda daha ətraflı yazacağıq.
Yeri gəlmişkən onu da əlavə edək ki, məsələ ilə bağlı xəstəxana ilə danışmaq istəsək də, telefon zənglərimizə cavab verən olmadı. Qarşı tərəfi dinləməyə hazırıq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 570 Tarix: 19 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
20 sentyabrOktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ
Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza
20 sentyabrQaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy
20 sentyabrTƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA
Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il
19 sentyabrAzərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabrBu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO
Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf
20 sentyabr