Buraxılış imtahanları niyə mart ayında keçirilir?

Buraxılış imtahanları niyə mart ayında keçirilir?Bir çox ölkələrdə buraxılış imtahanlar daha gec tarixlərdə təşkil olunduğu halda, Azərbaycanda bu imtahanlar mart atında keçirilir. Xüsusilə müəllimlərin proqramı tam başa çatdırmaqda çətinlik çəkməsi, eləcə də şagirdlərdə mart imtahanından sonra yaranan müəyyən "boşluq" bu məsələyə diqqəti artırır. Kollecə qəbul imtahanı verən abituriyentlərin də mart imtahanından sonra dərslərdə daha az aktiv olması görünür. Maraqlıdır ki, Azərbaycanda buraxılış imtahanları niyə mart ayında keçirilir?

Təhsil eksperti Ramin Nurəliyev Valyuta.az-a bildirib ki, təhsili inkişaf etmiş ölkələrin təxminən 80%-ində buraxılış, (final və ya məzun imtahanları) may-iyun aylarında keçirilir: " İnkişaf etmiş ölkələrdə orta ümumi təhsil proqramı tam yekunlaşır, tədris planı başa çatır və yalnız bundan sonra imtahan mərhələsinə başlanılır. Təxminən 18-19% ölkədə isə imtahanlar aprel ayında təşkil olunur. Xüsusilə Avropa ölkələrində əsas imtahan dövrü may-iyun aylarına təsadüf edir".

Ekspert deyir ki, buraxılış imtahanlarının mart ayında keçirildiyi ölkələrin sayı çox məhduddur: "Azərbaycanla yanaşı, Hindistan və Pakistanın bəzi bölgələrində, həmçinin Afrikada ayrı-ayrı ölkələrdə bu praktika mövcuddur. Digər ölkələrdə isə imtahan təqvimi daha fərqli qurulur. Məsələn, ABŞ-da bəzi ştatlarda imtahanlar aprel ayında, digərlərində isə may ayında keçirilir. Çində imtahan prosesi adətən aprel ayından başlayaraq mərhələli şəkildə həyata keçirilir. Yaponiyada isə əsas imtahan dövrü may ayına təsadüf edir".

Azərbaycanda mart imtahanlarının keçirilmə səbəbi nədir?

R.Nurəliyevin sözlərinə görə, Azərbaycanda buraxılış imtahanlarının mart ayında keçirilməsinin əsas səbəbi qiymətləndirmə prosesinin hələ də böyük ölçüdə canlı resurslar vasitəsilə aparılmasıdır: "İmtahan nəticələrinin yoxlanılması, təsdiqlənməsi və elan edilməsi müəyyən vaxt tələb edir. Hazırda imtahan nəticələri adətən 3-4 həftə ərzində, yəni təxminən bir aya yaxın müddətdə açıqlanır. Bu zaman kəsiyi Dövlət İmtahan Mərkəzinin digər mərhələlərlə uyğunlaşma aparmasını zəruri edir. Nəticələrin elanından sonra apellyasiya mərhələsi, yekun nəticələrin təsdiqi, daha sonra isə blok imtahanlarının birinci və ikinci cəhdləri keçirilir. Bunların hamısı müəyyən zaman ardıcıllığı tələb edən proseslərdir.

Bununla yanaşı, Azərbaycan dili və rus dili üzrə imtahanlar, qabiliyyət imtahanları, digər qəbul mərhələləri bir-biri ilə üst-üstə düşməməsi üçün xüsusi planlaşdırma aparılır. Məhz bu səbəbdən buraxılış imtahanları mart ayında təşkil olunur".

Ekspertin sözlərinə görə, əslində DİM də bu imtahanların daha gec tarixdə keçirilməsində maraqlıdır: "Hazırda imtahan sistemində rəqəmsallaşdırma istiqamətində addımlar atılır. Kiçik həcmli imtahanların bir qismi artıq bu tətbiq vasitəsilə yoxlanılır. Həm Elm və Təhsil Nazirliyi, həm də Dövlət İmtahan Mərkəzi bu prosesi mərhələli şəkildə həyata keçirir. DİM bu istiqamətdə xüsusi inzibati infrastruktur da yaradıb. Rəqəmsal sistem tam tətbiq olunarsa, nəticələr daha qısa müddətdə elan edilə bilər, imtahan mərhələləri arasında vaxt itkisi azalacaq, imtahan təqviminin daha gec aylara keçirilməsi mümkün olacaq. Buna nümunə kimi MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanını göstərir. Bu imtahanda nəticələr demək olar ki, imtahan başa çatan kimi açıqlanır".

Ekspertin fikrincə, əgər buraxılış imtahanı aprel ayında keçirilsə, mövcud sistem şəraitində bu, digər imtahanların təşkilinə mənfi təsir göstərə bilər. Məhz buna görə indiki modeldə mart ayı məcburi seçim kimi qalır.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə imtahanların may-iyun aylarında keçirilməsi təsadüfi deyil və bu, tövsiyə olunan model hesab olunur: "Çünki mart ayında buraxılış imtahanı verən şagird tədris ili hələ davam etdiyi halda məktəbə gəlməyi mənasız hesab edə bilər. "İmtahanı vermişəm, artıq dərsə niyə gəlirəm?" düşüncəsi yaranır, bu isə dərslərə laqeyd yanaşmaya, motivasiya azalmasına və müəyyən intizam problemlərinə səbəb ola bilir".

R.Nurəliyev hesab edir ki, mart ayında buraxılış imtahanlarının keçirilməsi ideal model deyil: "Ümid edirik ki, imtahanların rəqəmsallaşdırılması prosesi başa çatdıqdan sonra imtahan tarixləri yenidən nəzərdən keçiriləcək və daha uyğun təqvim formalaşdırılacaq".

Ekspertin qənaətinə görə, texnoloji imkanlar genişləndikcə Azərbaycanda da buraxılış imtahanlarının keçirilmə vaxtının beynəlxalq praktikaya uyğunlaşdırılması real görünür.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 786   Tarix: 20 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda

Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll

19 sentyabr
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

Bakıda kişi arvadını marketdə, autizm​li övladının gözü qarşısında döydü - Video

Bakıda kişi həyat yoldaşını marketdə, autizm​li övladının gözləri qarşısında döyüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntüləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb. "İllərdir həyat yoldaşının zorakılığın

18 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

SOCAR neftçiləri təbrik edib

20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:

19 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin süqutu: Qarabağda 30 illik separatizm necə başa çatdı?

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin tarixində dönüş nöqtəsi oldu. Sentyabrın 19-da başlayan və sentyabrın 20-də başa çatan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağ üzərində dövlət suverenliyini faktiki olaraq tam bərpa etdi. Hadisələrdən cəmi səkkiz gün sonra is

19 sentyabr