Rusiyada matəm elan olundu
Rusiyanın Amur vilayətinin Romnı dairəsinin hakimiyyəti helikopter qəzasında üç nəfərin həlak olması ilə əlaqədar üç günlük matəm elan edib.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə dairə administrasiyasından məlumat verilib.
Həmçinin son məlumata görə, Amur vilayətində qəzaya uğrayan helikopter ölən pilota məxsus olub və onun helikopter idarə etmək üçün səlahiyyəti olmayıb. Bundan əlavə, Şərqi Sibir Nəqliyyat Prokurorluğundan bildirilib ki, helikopter müəyyən edilmiş qaydada rəsmi qeydiyyata alınmayıb.
Xatırladaq ki, Rusiyanın Amur vilayətində şəxsi "Robinson" helikopteri Amaranka kəndi yaxınlığındakı ağac emalı sahəsindən qalxdıqdan sonra yoxa çıxıb.
Helikopterin axtarışları başa çatıb və ağac emalı sahəsinin yaxınlığındakı ucqar ərazidə tapılıb. Xilasedicilər qəza yerində üç şəxsin cəsədlərini aşkar ediblər.
Helikopterin göyərtəsində cəmi üç nəfər olub: pilot, İstintaq Komitəsinin əməkdaşı və polis nümayəndəsi.
Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 3-cü hissəsi (iki və ya daha çox şəxsin ölümünə səbəb olan hava gəmilərinin hərəkəti və istismarı təhlükəsizliyi qaydalarını pozma) ilə cinayət işi açılıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 513 Tarix: 21 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabrAta oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı
Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə
20 sentyabrTramp Rusiya neftinə 100% tarif tətbiq edən qanunu imzaladı
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları genişləndirən və ona Rusiya enerjisini almağa davam edən ölkələrə tarif tətbiq etmək üçün əlavə səlahiyyət verən qanun imzalayıb. xəbər verir ki, xüsusilə, sənəd Rusiya neft və qazının əsas alıcıları olan ölkələrdən gələn mallara 100%-ə qədər gömrü
19 sentyabrABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey
20 sentyabrBu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı
Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba
20 sentyabrAfrika gözləniləndən daha sürətli parçalanır
Geoloqlar Afrika qitəsinin düşündüyümüzdən daha tez bölünəcəyini aşkar ediblər. Aktiv çat "kritik həddə" çatıb və tezliklə bölünərək yeni bir okean əmələ gətirəcək. Lakin "tezliklə" nisbi bir termindir: bunun üçün hələ bir neçə milyon il lazım olacaq, lakin geoloji miqyasda bu, sadəc
19 sentyabrQadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı
Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli
20 sentyabr