Avtobus zolağı ləğv olundu, cərimə yazılmayacaq: Sürücülərin diqqətinə! - VİDEO
Məlum olduğu kimi, 20 fevraldan etibarən "Şamaxinka" adlanan ərazidə hərəkət işıqforlar vasitəsilə tənzimlənəcək.
Belə ki, yeni nəqliyyat və piyada işıqforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyini tənzimləyir. Eyni hal prospektin Mir Cəlal küçəsi ilə kəsişməsində də mövcuddur.
Sonxeber.az Avtosfer.az-a istinadla xəbər verir ki, edilən dəyişikliklərdən biri də Moskva prospektinin üzü Xırdalan istiqamətində 20 Yanvar küçəsi ilə kəsişməsində avtobus zolağı silinib. Bu, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bu gün yaydığı videodan da aydın şəkildə görünür.
Məhz bu hissədə tıxacın aradan qaldırılması və hərəkət təhlükəsizliyi ilə bağlı layihənin bir hissəsi də işıqfora yaxınlaşarkən avtobus zolağının silinməsidir. Lakin sürücülər hələ də bu hissədə 1-ci zolaqla hərəkət etməkdən, dolayı yolla cərimələnməkdən çəkinir. Buna görə də məhz həmin hissədə geriyə dönənlər və düzünə hərəkət edənlər üçün cəmi 1 zolaq qalmış olur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən xüsusi zolaq nişanı da götürülüb.
"Şamaxinka"da nəqliyyat vasitələrinin hərəkətinin axıcılığını təmin etmək, tıxac yaranmamasına kömək etmək üçün həmin hissədə birinci zolağa girərək hərəkət etməyə çağırırıq. Bu hissədə xüsusi zolaq ləğv edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 776 Tarix: 21 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır
2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr
20 sentyabrNeftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
20 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrDərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI
Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb
19 sentyabr