İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibFevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına mərkəzdə yaradılmış şərait barədə məlumat verib.

Bildirilib ki, bu mərkəzin təməli 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilərək onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Mərkəz 2024-cü ildən etibarən Publik Hüquqi Şəxs kimi fəaliyyət göstərir.

Müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları yaradılıb. Burada, eyni zamanda, informatika kabinetləri, müasir sinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana fəaliyyət göstərir. Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidənqurmadan sonra korpusların sayı 7-yə çatdırılıb.

2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Onların 385-i qadındır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.

Mərkəzdə yeni maddi-texniki baza formalaşdırılandan sonra bir çox müasir ixtisaslar, o cümlədən elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı, kibertəhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma, binaların tikintisi və istismarı, elektrik xətlərinin, günəş panellərinin quraşdırılması və təmiri üzrə mütəxəssis və texnik ixtisasları tədris olunur.

Burada tələbələrə ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili pillələri üzrə biliklər verilir. Hazırda mərkəzdə 138 nəfər çalışır.

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi kadr hazırlığı istiqamətində dövlət və özəl sektoru təmsil edən 30-a yaxın müəssisə ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığa özəl sektorla birgə kadr hazırlığı, mütəxəssislərin tədrisə cəlb olunması, istehsalat təlimləri, ustad dərsləri, həmçinin sosial və innovativ layihələrin icrası daxildir.
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibİlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibİlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibİlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibİlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibİlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibİlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibİlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibİlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibİlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibİlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibİlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibİlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibİlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibİlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 494   Tarix: 25 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Bu gün ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır

2023-cü il sentyabrın 19-da Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıldı. Qarabağda hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırmışdı. Məhz bu mərhələdə Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətl

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr