Hansı günlərdə oruc tutmaq qadağandır?
İslam dinində oruc müəyyən qaydalar və zaman çərçivəsində yerinə yetirilən əsas ibadətlərdən biridir. Bununla yanaşı, bəzi günlərdə oruc tutmaq dini baxımdan qadağan olunur və ya bəyənilmir. Bu günlərdə oruc tutulması uyğun hesab edilmir.
Qaynarinfo xəbər verir ki, mənbələrə əsasən, oruc tutulması qadağan edilən günlərin başında bayram günləri gəlir. Həzrət Məhəmməd (s.ə.s.) iki vaxtda oruc tutulmayacağını bildirib. Bunlardan biri Ramazan bayramının birinci günü, digəri isə Qurban bayramı günləridir.
Qaydalara görə, Ramazan bayramının yalnız birinci günü, Qurban bayramının isə dörd günü oruc tutmaq qadağandır. Alimlərin izahına əsasən, bu günlərin qadağan edilməsinin səbəbi onların yemək, içmək və sevinc günləri olmasıdır. Ramazan bayramı bir ay davam edən oruc ibadətinin başa çatması münasibətilə qeyd olunur və ümumi iftar günü kimi dəyərləndirilir. Bu baxımdan həmin gün oruc tutmaq uyğun sayılmır.
Qurban bayramı günləri də eyni mahiyyət daşıyır. Rəvayətlərdə bildirilir ki, təşriq günləri yemək, içmək və Allahı anma günləridir.
Bununla yanaşı, bəzi hallarda müəyyən günlərdə oruc tutmaq tövsiyə edilmir. Məsələn, həcc ziyarətində olan şəxslərin Zilhiccə ayının 8-ci (Tərviyə) və 9-cu (Ərəfə) günlərində oruc tutmaları, əgər bu onları zəif sala bilərsə, münasib hesab olunmur. Hədislərdə Ərəfə günü Ərafatda olanların oruc tutmasının qadağan edildiyi bildirilir.
Digər tərəfdən, bəzi günlərdə oruc tutmaq məkruh sayılır. Məsələn, yalnız Aşura günü (Məhərrəm ayının 10-cu günü) oruc tutmaq, başqa din nümayəndələrinə bənzəmək ehtimalına görə uyğun hesab edilmir. Həmçinin Şaban ayının son günündə - Ramazan ayının başlayıb-başlamadığına şübhə edilən "şəkk günü"ndə oruc tutmaq da məkruh sayılır. Hədislərdə Ramazanı bir və ya iki gün əvvəl oruc tutaraq qarşılamaq qadağan edilib.
Bundan əlavə, iki və ya daha artıq günü iftar etmədən ardıcıl oruc tutmaq da bəyənilmir. Bu, "visal orucu" adlanır. Rəvayətlərə görə, Peyğəmbər (s.ə.s.) bu cür orucu səhabələrinə qadağan etmişdir.
Nəticə olaraq, İslam hüququnda oruc ibadəti ilə bağlı həm vacib, həm də qadağan və ya məkruh hesab olunan günlər müəyyənləşdirilib. Bayram günlərində oruc tutulması isə açıq şəkildə qadağan olunan hallar sırasındadır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 779 Tarix: 25 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabrSOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrAzərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabrDərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI
Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb
19 sentyabrSabahın havası açıqlandı
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec
19 sentyabrAzərbaycan armatur istehsalını 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,
19 sentyabr