Səhiyyədə saxta ixtisas qalmaqalı: "Vest Hospital"da araşdırma aparılacaq?

Səhiyyədə saxta ixtisas qalmaqalı: "Vest Hospital"da araşdırma aparılacaq?Bir müddət əvvəl Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən "Vest Hospital" MMC-də aparılan yoxlama səhiyyə sistemində nəzarət mexanizmlərinin necə işlədiyi və necə işləmədiyi ilə bağlı ciddi suallar doğurur. Rəsmi məlumata görə, klinikada ümumi cərrahların plastik cərrahiyyə ixtisası üzrə sertifikasiya şəhadətnaməsi olmadan praktik fəaliyyətə buraxılması faktı aşkarlanıb. Bu isə artıq inzibati pozuntu deyil, birbaşa pasiyent təhlükəsizliyi məsələsidir.
Mərkəzin açıqlamasında bildirilir ki, 2023-cü ildən klinikada tibb işləri üzrə direktor müavini vəzifəsində çalışan ümumi cərrah Rəşid Əliyev və digərləri plastik cərrahiyyə üzrə sertifikasiya sənədi olmadan tibbi xidmət göstəriblər.

Səhiyyədə saxta ixtisas qalmaqalı: "Vest Hospital"da araşdırma aparılacaq?Səhiyyədə saxta ixtisas qalmaqalı: "Vest Hospital"da araşdırma aparılacaq?"Əhalinin sağlamlığının qorunması haqqında" Qanuna və Nazirlər Kabinetinin təsdiq etdiyi həkimlərin sertifikasiyası qaydalarına əsasən, ixtisas uyğunluğu olmadan tibbi praktikaya buraxılma qadağandır. Plastik cərrahiyyə isə yüksək riskli ixtisas sahəsidir və burada ixtisaslaşma sənədi olmadan fəaliyyət yalnız etik deyil, həm də hüquqi məsuliyyət yaradır.Tibb sahəsində lisenziya və sertifikasiya mexanizmi kağız üzərində sərt olsa da, praktikada belə halların baş verməsi onu göstərir ki, ya nəzarət formaldır, ya da müəyyən dairələr üçün qaydalar fərqli tətbiq olunur.
Əgər bir həkim illərlə plastik cərrah kimi xidmət göstərib və buna baxmayaraq sertifikasiya şəhadətnaməsi olmayıbsa, bu zaman verilən əməliyyat qərarlarının hüquqi statusu nədir?

Xəlil Göyüşov və Cavid Qurbanov "tandemi"

Klinikanın qanuni təmsilçisi Göyüşov Ramin Xəlil oğludur. Şirkət 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Maraqlı məqam isə budur ki, Ramin Göyüşovun atası Xəlil Göyüşov respublikada iri dövlət sifarişləri və tenderlərlə tanınan "Körpü-Bina-Tikinti" MMC-nin rəhbəridir.

Səhiyyədə saxta ixtisas qalmaqalı: "Vest Hospital"da araşdırma aparılacaq?Mediada yayılan məlumatlarda onun Azərbaycan Dəmir Yolları QSC-nin keçmiş sədri, hazırda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov ilə yaxın əlaqələrə malik olduğu iddia olunur.Azərbaycan Dəmir Yolları-nın keçmiş sədri, hazırda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov uzun illər iri infrastruktur layihələrinin icrasında qərarverici mövqedə olub.

Səhiyyədə saxta ixtisas qalmaqalı: "Vest Hospital"da araşdırma aparılacaq?Dövlət satınalmaları sistemində belə vəzifələr tender proseslərinə təsir imkanları baxımından həssas sayılır.Hər hansı sahibkar və ya şirkət rəhbəri yüksək vəzifəli məmurla yaxın münasibətlərə malikdirsə, bu özü-özlüyündə dövlət tenderlərində davamlı üstünlük,rəqabət mühitinin pozulması,yoxlamalara formal yanaşma və ya vəzifə səlahiyyətlərindən sui-istifadə kontekstində qiymətləndirilə bilər.
"Dövlət satınalmaları haqqında" qanun və korrupsiyaya qarşı mübarizə mexanizmləri məhz belə halların qarşısını almaq üçün nəzərdə tutulub. Əgər hansısa şirkət illər boyu iri həcmli tenderləri udursa və eyni zamanda həmin şirkət rəhbərinin ailə üzvü başqa sahədə - məsələn, səhiyyə biznesində - sürətli kapital formalaşdırırsa, bu, ictimai nəzarət və maliyyə şəffaflığı baxımından suallar yaradır. Bu iddialar ortaya iki paralel sual çıxır ki,sertifikasiyasız plastik əməliyyatlara necə və kimlərin himayəsi ilə göz yumulub,iri dövlət tenderlərini udan şirkət rəhbərinin ailə üzvünün səhiyyə sektorunda böyük həcmli biznes qurması hansı maliyyə mənbələrinə əsaslanır?(mediatv.az)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 581   Tarix: 25 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr
.

SOCAR neftçiləri təbrik edib

20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:

19 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda 30 illik separatizmə son qoyan tarixi dönüş

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Cəmi 23 saat 50 dəqiqə davam edən hərbi əməliyyat nəticəsində Azərbaycanın öz ərazisində uzun illər mövcud olmu

19 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

Dərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI

Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb

19 sentyabr
.

Sabahın havası açıqlandı

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

19 sentyabr
.

Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,

19 sentyabr