"Canlıda eşitdik, 25-26 yaşlarında oğlan səsi idi" - Tələbələri şantaj edən kimdir?+Video
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan bir qrup qız tələbənin sosial şəbəkələrdəki fotolarının icazəsiz şəkildə istifadə edildiyi iddia olunur.
"Qafqazinfo" xəbər verir ki, naməlum şəxs onların sosial şəbəkə profillərindən götürülən şəkillərini süni intellektlə montaj edərək platformada yayımlayıb.
Zərərçəkənlərdən biri olan Zöhrə Əlxaslı deyir ki, vəziyyət fevralın 20-si axşam saatlarında onlara məlum olub:
"Bəzilərini isə heç bilmirik hardan götürüblər. Elə şəxslər vardır ki, heç profillərində şəkillərini paylaşmayıblar. Bizim xəbərimiz yoxdu ki, kimdir. Hələ ki, heç kim tapa bilmir. Canlılara girmişdi, orada səsini eşitdik ki, 25-26 yaşlarında oğlan səsi idi. Hüquq tələbələrini təhqir edirdi".
İddialara görə, həmin şəxs bir neçə il əvvəl hüquq fakültəsinə daxil olmaq istəyib, mümkün olmadıqda isə daxilində yaratdığı qərəzi sözügedən fakültənin tələbələrinə qarşı istifadə etməyə başlayıb.
"Hekayə bölməsində yazıb ki, pul atın kartıma. Tapıblar ki, mail Rusiyadan açılıb və birdəfəlik gmaildir", - deyə tələbə əlavə edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, tələbələrin müraciəti əsasında araşdırma başlanılıb.
Bakı Dövlət Universitetindən isə qeyd edilib ki, təhsil müəssisəsi tələbələrin müraciəti əsasında vəziyyətdən xəbər tutub.
"Hadisə hüquq-mühafizə orqanlarının araşdırmasındadır. Tələbələrə şantaj edən şəxsin kimliyi, onun niyə məhz hüquq fakültəsində oxuyanları hədəf alması isə məlum deyil".
Daha ətraflı İTV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 774 Tarix: 26 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabrSOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrAzərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabrDərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI
Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb
19 sentyabrSabahın havası açıqlandı
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec
19 sentyabrAzərbaycan armatur istehsalını 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,
19 sentyabr