Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyində (AAYDA) yoxlamalar aparılır.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yoxlamalar ötən ilin dekabrından başlayıb və Saleh Məmmədovun AAYDA-nın İdarə Heyətinin sədri olduğu dövrü əhatə edir.
Məlumatda bildirilir ki, yoxlamalar hələ bir müddət davam edəcək. Buna baxmayaraq, artıq maliyyə pozuntuları ilə bağlı ciddi faktlar aşkar edilib.
İddialara görə, bu faktlar əsasən Saleh Məmmədovun yaxınlarının çalışdığı qurumları əhatə edir. Buna rəğmən hələ ki, həmin qurumların rəhbərləri barədə hər hansı tədbir görülməyib. Daha doğrusu, müvafiq qurumlar lazımi addımları atmağa tələsmir və yoxlamanın tam başa çatmasını gözləyir.
Məlumata görə, yoxlamaların nəticəsi olaraq AAYDA-da kadr və struktur dəyişiklərinin həyata keçirilməsi gözlənilir. Bildirilir ki, qurumun tabeliyində fəaliyyət göstərən MMC-lər ləğv edilə və regional idarələr yaradıla bilər.
Saleh Məmmədov AAYDA-nın İdarə Heyətinin sədri vəzifəsinə 2017-ci ildə təyinat alıb. O, fevralın 6-da tutduğu vəzifədən azad edilib.
Mediada gedən məlumatlara görə, Saleh Məmmədov AAYDA-nın rəhbərliyinə təyinat aldıqdan sonra qohumlarını müxtəlif vəzifələrə yerləşdirib.
Bununla bağlı yayılan siyahını təqdim edirik:
* Zaur Həmzəyev - əmisi oğlu, 1 saylı Yol İstismar İdarəsinin müdiri;
* Araz Bəndəliyev - xalası oğlu, 10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri;
* Toğrul Həmzəli - qardaşı oğlu, 9 saylı Yol İstismar İdarəsinin baş mühasibi;
* Təhminə Həmzəyeva - bacısı, AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri;
* Mətanət Həmzəyeva - bacısı, "Azəryolİlmitəhqiqatlayihə" İnstitutunun baş mühasibi;
* Dilavər Həmzəyev - yeznəsi, 1 saylı Yaşıllaşdırma İdarəsinin müdir müavini;
* Ustubat Niftəliyev - yeznəsi, 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 916 Tarix: 26 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabrSOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrAzərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabrDərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI
Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb
19 sentyabrSabahın havası açıqlandı
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec
19 sentyabrAzərbaycan armatur istehsalını 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,
19 sentyabr