Ərini və oğlunu itirən Raya ana 34 il sonra Xocalıda - Foto

Ərini və oğlunu itirən Raya ana 34 il sonra Xocalıda - FotoHəm oğlunu, həm də həyat yoldaşını Vətən yolunda itirən Raya Əbdülova üçün azad olunan torpaqlara qayıdış sevinc və kədərin bir arada yaşandığı unudulmaz günə çevrilib.

"Qafqazinfo"ya danışan 66 yaşlı Raya xanım hazırda Xocalı şəhərində, öz evində övladları və nəvələri ilə birlikdə yaşayır.

O bildirib ki, torpaqların azad olunması onun üçün həyatının ən qürurlu anıdır: "Prezidentimizin azad olunan ərazilərə ilk gəlişində özünün gəlib camaatla görüşməsi bizə böyük qürur hissi yaşatdı. Sevincimin həddi-hüdudu olmadı. Həyatımın ən xoşbəxt gününü yaşadım. Allah Prezidentimizə cansağlığı versin. Həm kədərləndim, həm sevindim. Bu günümüzə şükür".

Raya xanımın həyat yoldaşı Əbdülov Yelmar İsgəndər oğlu 43 yaşında, 1992-ci il fevralın 26-sı əsir götürülərək güllələnib. Ailənin ortancıl oğlu 19 yaşlı Zahiddən isə bu günə qədər xəbər yoxdur.

O, ana üçün ən ağır yükün xəbərsizlik olduğunu deyir. Ümidlə gözləmək, hər gün bir xəbər sorağında olmaq onun həyatının dəyişməz gerçəyinə çevrilib. Azad edilmiş kənddə evlərini görəndə isə hissləri daha da qarışıb. O, bir zamanlar 30 hektarlıq həyətində öz əlləri ilə əkdiyi ağacların, mərhum qayınanasının saldığı fındıq bağlarının yerlə-yeksan olduğunu, meyvə ağaclarının yerində narkotik xassəli bitkilərin əkildiyini bildirib.

"Evi görəndə elə bildim ki, oğlumu da gətirmişəm. Sanki yoldaşım da yanımda idi", - deyən Raya xanımın hekayəsi təkcə bir ailənin faciəsi deyil. Bu həm də Azərbaycan qadınının dözümünün, səbrinin və Vətənə bağlılığının nümunəsidir. O, ən əzizlərini torpaq uğrunda itirsə də, azadlığı görməyin qürurunu yaşayır.
Ərini və oğlunu itirən Raya ana 34 il sonra Xocalıda - FotoƏrini və oğlunu itirən Raya ana 34 il sonra Xocalıda - FotoƏrini və oğlunu itirən Raya ana 34 il sonra Xocalıda - Foto


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 677   Tarix: 26 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr
.

SOCAR neftçiləri təbrik edib

20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:

19 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda 30 illik separatizmə son qoyan tarixi dönüş

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Cəmi 23 saat 50 dəqiqə davam edən hərbi əməliyyat nəticəsində Azərbaycanın öz ərazisində uzun illər mövcud olmu

19 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

Dərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI

Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb

19 sentyabr
.

Sabahın havası açıqlandı

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

19 sentyabr
.

Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,

19 sentyabr