Kredit və borc mübahisələrində vətəndaş özünü necə qoruya bilər? - AÇIQLAMA
Kredit və borc münasibətləri müasir dövrdə ən çox mübahisə doğuran hüquqi sahələrdən biridir. İnsanlar çox vaxt müqaviləni tam oxumadan imzalayır, öhdəliklərin həcmini və mümkün riskləri düzgün qiymətləndirmir.
Nəticədə gecikmələr, əlavə faizlər, cərimələr və məhkəmə çəkişmələri yaranır.
Bəs görəsən kredit və borc mübahisələrində vətəndaş özünü necə qoruya bilər?
Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:
"İlk müdafiə mexanizmi müqavilə mərhələsində başlayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, kredit müqaviləsi yazılı formada bağlanmalıdır və tərəflərin hüquq və vəzifələri aydın göstərilməlidir. Müqaviləni imzalamazdan əvvəl faiz dərəcəsi, illik effektiv faiz, cərimə şərtləri, vaxtından əvvəl ödəmə imkanları və əlavə komissiyalar diqqətlə yoxlanmalıdır. Şifahi vədlərin hüquqi qüvvəsi demək olar ki, yoxdur - əsas sənəd müqavilədir.
İkinci vacib məqam ödəniş intizamıdır. Gecikmə yaranarsa, borclu tərəf dərhal bank və ya kreditorla yazılı qaydada əlaqə saxlamalıdır. Qanun ödəniş qrafikinin dəyişdirilməsi imkanını istisna etmir. Praktikada banklar çox vaxt məhkəmədən əvvəl razılaşmaya üstünlük verirlər. Yazılı müraciət etmək sonradan sübut baxımından əhəmiyyətlidir.
Əgər artıq mübahisə yaranıbsa, vətəndaşın bir neçə hüquqi aləti var. Kreditor tərəfindən hesablanan faiz və cərimələr qanunvericiliyə və müqaviləyə uyğun olmalıdır. Mülki Məcəlləyə görə, həddən artıq yüksək cərimə məbləği məhkəmə tərəfindən azaldıla bilər. Bundan əlavə, borcun məbləği ilə bağlı hesablamalar şəffaf təqdim olunmalıdır; borclu tərəf detallı çıxarış tələb etmək hüququna malikdir.
Məhkəmə mərhələsində isə vətəndaş müdafiə hüququndan istifadə etməlidir. İddia ərizəsi alındıqda ona laqeyd yanaşmaq olmaz. Etiraz ərizəsi təqdim etmək, sübutlar toplamaq və mümkün hüquq pozuntularını göstərmək lazımdır. Bəzi hallarda zamanaşımı müddəti tətbiq oluna bilər. Azərbaycan qanunvericiliyində ümumi iddia müddəti adətən 3 ildir, lakin konkret haldan asılı olaraq dəyişə bilər.
Əgər borc mikromaliyyə təşkilatı və ya fiziki şəxs qarşısındadırsa, eyni prinsiplər tətbiq edilir: yazılı sübut, dəqiq hesablaşma və hüquqi əsas. Qeyri-rəsmi, sənədsiz borclanma isə sonradan ciddi sübut problemi yaradır.
Unudulmamalıdır ki, borcun mövcudluğu vətəndaşı hüquqsuz etmir. Hüquq sistemi cəza mexanizmi deyil, balans mexanizmidir. Vaxtında hüquqi məsləhət almaq, sənədləri qorumaq və emosional deyil, hüquqi əsasla hərəkət etmək ən effektiv müdafiə yoludur. Maliyyə intizamı iqtisadi məsələdir, amma onu düzgün idarə etmək hüquqi savad tələb edir"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...