"Yeni nəşr" əvəzinə "Yenilənmə vərəqləri": Valideynlərin yükünü azaldacaq təklif - AÇIQLAMA

"Yeni nəşr" əvəzinə "Yenilənmə vərəqləri": Valideynlərin yükünü azaldacaq təklif - AÇIQLAMASon illər test topluları və bəzi dərs vəsaitləri demək olar ki, hər il yenilənir. Nəşriyyatlar bunu proqram dəyişiklikləri və məzmunun təkmilləşdirilməsi ilə əsaslandırsa da, valideynlər üçün bu vəziyyət əlavə maliyyə yükü yaradır. Elə ailələr var ki, bir övladı üçün alınan kitabdan növbəti il digər övladın da istifadə etməsini planlaşdırır, lakin yeni nəşr və dəyişdirilmiş versiya səbəbindən yenidən vəsait xərcləməli olurlar. Bu isə xüsusilə çoxuşaqlı ailələr üçün ciddi problemə çevrilir. Bəs, test topluları və dərs vəsaitlərinin hər il yenilənməsi nə dərəcədə zəruridir və bu prosesdə valideynlərin maddi yükünü azaltmaq üçün hansı alternativ mexanizmlər tətbiq oluna bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a təhsil eksperti Şəmsi Qoca danışıb.

O, açıqlamasında qeyd edib ki, nəşriyyatların hər il bütün kitabı yenidən çap etməsi həm kağız israfı, həm də maliyyə yüküdür:

"Ən səmərəli həll yolu "Yenilənmə vərəqləri" sistemidir. Əgər proqramda və ya testlərdə 5-10%-lik bir dəyişiklik varsa, nəşriyyat sadəcə həmin dəyişiklikləri əks etdirən kiçik bir broşür çıxarmalıdır. Beləliklə, valideyn 20-30 manat verib yeni kitab almaq əvəzinə, 1-2 manata həmin əlavəni alıb köhnə vəsaitlə istifadə edə bilər.
Müasir texnologiyalar buna imkan verir. Kitabın üzərinə vurulan vahid bir QR kod vasitəsilə şagirdlər hər il əlavə olunan yeni testləri rəqəmsal formatda əldə edə bilərlər. Bu, kitabın "fiziki ömrünü" uzadır və bir vəsaitin ailədə bir neçə övlad tərəfindən ardıcıl istifadəsinə şərait yaradır.
Dövlət İmtahan Mərkəzi (DİM) və ya müvafiq qurumlar tərəfindən vahid rəqəmsal test bankı yaradılmalıdır. Abunəlik sistemi ilə işləyən bu platforma hər il avtomatik yenilənə bilər. Bu, fiziki toplulara olan ehtiyacı və nəşriyyatların hər il "yeni nəşr" adı ilə apardığı kommersiya siyasətini minimuma endirərdi.
Nəşriyyatlara qarşı müəyyən bir ictimai və rəsmi nəzarət mexanizmi qurulmalıdır. Əgər vəsaitin məzmununda 20-30%-dən az dəyişiklik varsa, onun "yeni nəşr" kimi təqdim edilməsinə məhdudiyyət qoyulmalıdır. Eyni zamanda, məktəb daxilində "vəsait mübadiləsi" günlərinin təşkili çoxuşaqlı ailələrin yükünü yüngülləşdirən mənəvi və sosial bir addım olar. Bir pedaqoq olaraq hesab edirəm ki, təhsil biznesə yox, xidmətə söykənməlidir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 836   Tarix: 27 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?

Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar

19 sentyabr
.

Azərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib

19 sentyabr