İbrahim Tatlıses mirasından danışdı: "Onlara bir stul belə saxlamayacağam"
Məşhur sənətçi İbrahim Tatlıses, oğlu Ahmet Tatlıses və qızı Dilan Çıtakla bağlı qalmaqallı açıqlamalar verərək hər iki övladını mirasından məhrum etdiyini bildirib.
Sənətçi, oğlu Ahmet Tatlısesin və keçmiş köməkçisi Şule Yazarın ondan xəbərsiz Manisadakı beş evini satdığını və İzmir daxil olmaqla mülklərini ələ keçirdiklərini iddia edib.
Övladlarına qarşı sərt danışan Tatlıses, "Dilan və Ahmetə bir stul belə saxlamayacağam, layiq deyillər" deyib. O, yalnız digər qızı Zübeyde Melekdən razılığını bildirərək, çətin günlərində ona yalnız Melekin sahib çıxdığını vurğulayıb.
Dilan Çıtak atasının bu sözlərinə "Mənə maddi deyil, mənəvi atalıq lazım idi" deyərək reaksiya göstərib. Hadisələrə müdaxilə edən Tatlısesin keçmiş həyat yoldaşı Ayşegül Yıldız isə köməkçi Şule Yazarın qısa müddətdə böyük sərvət sahibi olmasını şübhəli adlandırıb. Yıldız, mülklərin necə ələ keçirildiyinin üzə çıxması üçün MASAK-ı (Maliyyə Cinayətlərini Araşdırma Qurumu) araşdırma aparmağa çağırıb. (lent.az)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Jan-Pol Belmondo vəfat etdi
Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm
6 sentyabr 2021Xərçəngdən əziyyət çəkən Nisə Qasımova ilə bağlı YENİ XƏBƏR - FOTO
Xalq artisti Nisə Qasımova yenidən səhnəyə qayıdır. xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. N.Qasımova yeni fotosunu yayımlayaraq bunları yazıb:. "Mənim əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik". Xatırladaq ki, Xalq artist
13 sentyabr 2021Türkiyəli məşhur aktrisa vəfat etdi
Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb
7 sentyabr 2021Flora Kərimova: "Ona heç vaxt rəhmət oxumadım" - VİDEO
BAKU.TV-də yayımlanan "O Kimdir?" verilişinin növbəti qonağı Xalq artisti Flora Kərimovadır. Bağışlamağı bacarmadığını deyən Flora Kərimova mərhum Xalq artisti İlhamə Quliyeva ilə olan mübahisələrdən bəhs edib, ona ilk dəfə rəhmət diləyib. Xalq artisti söhbət zamanı həyatının ən ağır məqamlarından
14 sentyabr 2021Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı: "Kaş sağ olardın..." - FOTO
Bu gün Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin anadan olmasının 70-ci ildönümüdür. xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə sevilən aktyorla bağlı paylaşım edib. F.Mütəllimova Xalq artistinin fotosunu yayımlayaraq bunları yazıb:. "Əvəzolunma
3 sentyabr 2021Qızı Rəşad İlyasovu sevindirdi
Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var
4 sentyabr 2021Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO
Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd
10 sentyabr 2021