Azərbaycanda kənd təsərrüfatı texnikasının qeydiyyat qaydalarına dəyişiklik edilib
Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası traktorların, eləcə də meşə və kənd təsərrüfatında istifadə edilən və siyahısı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatı ilə bağlı Təlimata dəyişiklik edib.
"Report" xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov yeni qərar imzalayıb.
Dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına icazə verilməsi ilə bağlı qəyyumluq və himayəçilik orqanlarının qərarları bir iş günü ərzində müvafiq informasiya sistemlərinə daxil ediləcək. Qərarlar himayədar ailəyə verilmiş uşaqlara, eləcə də Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı hallarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə, digər hallarda isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal İcra Hakimiyyəti" portalına ötürüləcək.
Bundan əlavə, müvafiq qərarların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə aidiyyəti dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilməyəcək. Əgər sənədlərin sistem üzərindən əldə edilməsi mümkün olmazsa, onlar ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq qurumdan tələb ediləcək və ya ərizəçi tərəfindən təqdim olunacaq.
Sənədlər "İnzibati icraat haqqında" qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 127 Tarix: 28 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
FHN-dən zəlzələ ilə bağlı - Açıqlama
Fövqəladə Hallar Nazirliyi (FHN) Şamaxıda baş verən zəlzələ ilə bağlı məlumat yayıb. xəbər verir ki, məlumatda deyilir:. "Respublika Seysmoloji Xidmət Mərkəzindən FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.
27 fevral"Uniklinika"da nöqsanlar aşkarlanıb
Bir neçə gün əvvəl Bakı şəhərində fəaliyyət göstərən "Uniklinika" adlı özəl tibb müəssisəsinin külli miqdarda vergi borcu yarandığına dair məlumat yaymışdıq. Belə ki, vergi uçotuna "Unikal-A" MMC adı ilə alınan "Uniklinika"nın dövlətə 245 min 734 manat vergi borcu mövcuddur
27 fevralƏmlak sahibləri üçün vacib dəyişiklik - 15 günə...
Daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatı üçün vətəndaşlar tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq kateqoriyası bəzi hallarda dövlət kadastrında əksini tapan torpaq kateqoriyasından fərqlənir. Belə uyğunsuzluqların aradan qaldırılması məqsədilə qanunvericilikd
28 fevralMartda 17 gün iş olmayacaq
Mart ayında qeyri-iş günlərinin sayı məlum olub. Qaynarinfo verir ki, gələn ay Azərbaycanda üç bayram qeyd olunacaq. Belə ki, martın 8-i Beynəlxalq Qadınlar Günü, martın 20-21-də isə Ramazan və Novruz bayramları qeyd olunacaq. Bu bayramlarla və şənbə-bazar günləri ilə bağlı martda 17 gün iş olmayacaq
28 fevralRegiondakı gərginlik fonunda Azərbaycan hava məkanının əhəmiyyəti artıb
ABŞ və İsrailin İrana gözlənilən hücumlarının başlaması fonunda bir sıra ölkələr hava məkanını bağlayıb və bu, beynəlxalq aviaşirkətləri təcili alternativ marşrutlar axtarmağa məcbur edib. "Report" xəbər verir ki, bu böhran fonunda Azərbaycanın hava məkanı dünya aviasiyası üçün ən təhlükəsi
28 fevralFevralın son günü Bakıya sulu qar yağacaq
Bakıda və Abşeron yarımadasında fevralın 28-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanı
27 fevral