İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
İranın Ali Lideri Əli Xamenei ölüb.
Oxu.Az xəbər verir ki, məlumatı İranın dövlət televiziyası təsdiqləyib.
"Xamenei fevralın 28-i səhər saatlarında iqamətgahına endirilən aviazərbə nəticəsində öldürülüb", - dövlət televiziya kanalının efirində qeyd olunub.
Məlumata görə, Xamenei həlak olduğu anda öz iş yerində olub və xidməti vəzifələrini yerinə yetirirmiş.
Xameneinin ölümünü İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da təsdiqləyib.
Ayətullah Əli Xamenei 86 yaşında idi. O, 1989-cu ildən İranı idarə edib. Ali lider kimi şiə İslam Respublikasında hökumətin bütün qolları, ordu və məhkəmə sistemi üzərində ali səlahiyyətə malik olub.
Təxminən dörd onillik ərzində Xamenei regionda Körfəz boyunca yerləşən sünni müsəlman dövlətlərinə rəqib olan güc formalaşdırıb və eyni zamanda ətraf regionu narahat edən nüvə texnologiyalarını təşviq edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1277 Tarix: 01 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bacısının dəfnində halı pisləşdi, xəstəxanaya yerləşdirildi
Türkiyəli müğənni Zerrin Özər xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bacısı Tülay Özərin dəfninə qatılan ifaçının halı pisləşib. Vəziyyəti ağırlaşan Z.Özər xəstəxanaya aparılıb. O, bu səbəbdən bacısının dəfnində iştirak edə bilməyib. Qeyd edək ki, T.Özər ötən gün uzun sürən xəstəlikdən sonr
3 mayHindistan yükü daşıyan tanker Hörmüz boğazını keçib
Marşal Adaları bayrağı altında üzən və göyərtəsində Hindistan yükü olan "MT Sarv Shakti" qaz tankeri Hörmüz boğazını təhlükəsiz şəkildə keçib. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən ANI məlumat yayıb. "18-i Hindistan vətəndaşı olmaqla, göyərtəsindəki 20 ekipa
3 mayNikol Paşinyan Azərbaycana gəlmək istəyir
Ermənistan baş naziri Nikol Paşinyan 2028-ci ildə Azərbaycana gəlmək niyyətindədir. Hökumət rəhbəri bu ehtimal edilən səfəri Avropa Siyasi Birliyinin (ASB) gələcək sammitinə qatılmaq məqsədilə həyata keçirmək istədiyini diqqətə çatdırıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. "Azərbayca
4 mayRusiyada KVN ulduzu dəhşətli qəzada həlak olub
Rusiyanın Krasnodar diyarının Adler şəhərində "Günəşdən yorulanlar" Şən və Hazırcavablar Klubunun (ŞHK - KVN) aktrisası Yelena Rıbalkonu maşın vurub və o, hadisə yerində həyatını itirib. -ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib. "53 yaşl
3 mayİran ABŞ-yə bir ay ərzində üç məsələni həll etməyi təklif edib
İran ABŞ-yə 30 gün ərzində Hörmüz boğazının açılması, Amerika dəniz blokadasının dayandırılması, habelə İran və Livanda müharibənin tamamilə başa çatdırılmasını nəzərdə tutan saziş barədə razılığa gəlməyi təklif edib. bildirir ki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid İran təklif
3 may