Maykl Ceksona qarşı pedofiliyaittihamları irəli sürülüb
Məşhur amerikalı müğənni, rəqqas və aktyor Maykl Ceksona qarşı pedofiliya ilə bağlı yeni ittihamlar irəli sürülüb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, fevralın sonunda Edvard, Dominik, Mari-Nikol və Aldo Kaşo adlı bacı-qardaşlar məhkəməyə müraciət ediblər. Onlar mərhum musiqiçini uşaqların cinsi istismarı məqsədilə alverində ittiham edir və iddia edirlər ki, sənətçi onların azyaşlı olduqları dövrdə onlara qarşı zorakılıq edib.
Kaşo bacı-qardaşları bildirirlər ki, müğənni ilə ataları vasitəsilə tanış olublar. Ataları Maykl Ceksonun tez-tez qaldığı oteldə çalışıb. İddia ərizəsində qeyd olunur ki, ifaçı hədiyyələr, diqqət və xüsusi münasibət göstərərək ailənin etimadını qazanıb. Bundan sonra isə guya uşaqları təcrid edib, onlara narkotik və alkoqol verib, pornoqrafik materiallar nümayiş etdirib və şəxsən zorakılıq edib. İddiaçıların sözlərinə görə, zorakılıq uzun müddət ərzində və müxtəlif məkanlarda baş verib.
Maykl Ceksonun ailəsinin nümayəndəsi yeni qalmaqallı ittihamlara artıq reaksiya verib. Vəkil bildirib ki, Kaşo ailəsinin iddiaları həqiqətə uyğun deyil və onlar bu yolla sadəcə pul qazanmağa çalışırlar. Onun sözlərinə görə, məhkəmə iddiasından əvvəl Ceksonun ailəsindən susmaq müqabilində pul tələb olunub. Vəkil həmçinin qeyd edib ki, daha əvvəl Kaşo ailəsinin digər üzvləri və iddiaçıların qardaşı Frenk açıq şəkildə musiqiçinin onlardan heç birinə qarşı qeyri-etik hərəkət etmədiyini bildirmişdilər.
Qeyd edək ki, Maykl Cekson ilk dəfə 1993-cü ildə azyaşlıya qarşı cinsi zorakılıqda ittiham olunmuşdu. Həmin vaxt iddia edilirdi ki, sənətçi yetkinlik yaşına çatmayan şəxsə qarşı uyğunsuz davranıb. Müğənni bütün ittihamları rədd etmiş və məsələni məhkəmədənkənar qaydada həll edərək oğlanın ailəsinə 20 milyon dollardan artıq vəsait ödəmişdi.
2003-cü ildə "Maykl Ceksonla həyat" adlı sənədli film yayımlanmışdı. Həmin filmdə o, uşaqlara sevgisindən danışmış və onların öz malikanəsində gecələdiyini etiraf etmişdi. Sənətçi azyaşlılarla eyni yatağı paylaşmaqda pis heç nə görmədiyini bildirmiş, lakin sözlərində cinsi məna olmadığını vurğulamışdı.
2003-cü ilin sonunda isə Maykl Ceksona qarşı yenidən məhkəmə iddiası qaldırılmışdı. O, yeddi epizod üzrə azyaşlıların əxlaqının pozulması və iki epizod üzrə yetkinlik yaşına çatmayanlara alkoqol verilməsi ilə ittiham olunmuşdu. Musiqiçi bütün ittihamları inkar etmiş və nəticədə məhkəmə onu bütün maddələr üzrə bəraətə layiq görmüşdü.
Xatırladaq ki, bu yaxınlarda ispaniyalı müğənni Xulio İqlesias da cinsi zorakılıqda ittiham olunub və sənətçi onun ətrafında yaranan qalmaqala münasibət bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
SOCAR neftçiləri təbrik edib
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...