Dünyanın ən qədim mağara rəsmləri tapıldı: 67.000 il yaşı var

Dünyanın ən qədim mağara rəsmləri tapıldı: 67.000 il yaşı varİndoneziyada mağarada tapılan əl izi indiyə qədər məlum olan ən qədim mağara sənəti nümunəsi hesab olunur. Alimlərin hesablamalarına görə, bu əl izi ən azı 67 800 il əvvələ aiddir və əvvəllər eyni bölgədə tapılmış ən qədim rəsmdən 15 min il daha qədimdir.

Qaynarinfo xəbər verir ki, Kəşf Griffith Universiteti, İndoneziya Milli Araşdırma və Yenilik Agentliyi və Southern Cross Universiteti-nin birgə araşdırması nəticəsində reallaşıb. Muna Adasında yerləşən kireçtaşı mağarada tapılan əl izi, müasir insanların bölgədə bədii fəaliyyətlə məşğul olduğuna dair ən erkən sübutdur.

Alimlər əl izinin üzərindəki və altındakı nazik mineral qatları analiz edərək rəsmin yaşı 67 800 il kimi müəyyən ediblər. Eyni mağarada daha sonrakı dövrlərə aid rəsmlər də tapılıb ki, bu da insanların minlərlə il boyunca mağaraya qayıdaraq rəsmlər çəkdiyini göstərir.

Maraqlı detal isə əl izinin barmaqlarının daraldılaraq pəncəyə bənzər hala gətirilməsidir. Alimlər bunun simvolik mənasının hələ bilinmədiyini bildirirlər, lakin erkən Sulavesi rəsmlərində insan və heyvan fiqurlarının bir-birinə daxil şəkildə təsvir edildiyi üçün insan ilə heyvan arasındakı əlaqənin simvolik təmsili ola biləcəyi düşünülür.

Kəşf həmçinin Avstraliyaya insanların ilk gəlməsi tarixi ilə bağlı müzakirələrə töhfə verir. Sulavesidə bu sənəti yaradan insanların, sonradan Avstraliyaya çatmış topluluqların əcdadları ola biləcəyi ehtimal edilir. Alimlər Endoneziya adaları zəncirinin erkən insan miqrasiyaları baxımından arxeoloji baxımdan son dərəcə vacib olduğunu vurğulayırlar.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1103   Tarix: 02 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avstraliyada köpəkbalığının hücumu nəticəsində üzgüçü ölüb

Qərbi Avstraliya ştatındakı məşhur Sorrento çimərliyinin yaxınlığında çimərkən köpəkbalığının hücum etməsi nəticəsində bir nəfər ölüb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 10:30 radələrində baş verib. Hücumla bağlı məlumatdan sonra sahilə təcili xidmətlə

18 sentyabr
.

İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin ərazi bütövlüyünün dinc yolla bərpasının milli arzu olduğunu bildirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, İ.Kobaxidze məcburi köçkün ailələrinə mənzillərin verilməsi tədbirində çıxışı zamanı deyib ki, hökumət ərazi bütövlüyünün bərpasın

19 sentyabr
.

İrakli Kobaxidze: Gürcüstanda 1600 məcburi köçkün ailəsinə yeni mənzillər verilib

Gürcüstanda 1 600 məcburi köçkün ailəsinə yeni mənzillər verilib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanda 1 600 məcburi köçkün ailəsi yeni, tam təmirli mənzillərlə təmin olunacaq. Gürcüstanın Baş naziri İrakli Kobaxidze məcburi köçkün ailələrinə mənzillərin verilməsi mərasimind

19 sentyabr
.

Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"

Rusiya və Gürcüstan xalqları artıq bir-biri üçün darıxıb və viza rejiminin ləğv edilməsi çoxdan gözlənilən bir addım idi. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS agentliyinə verdiyi müsahibəsində bildirib. "Düşünürəm ki, Gürcüstan nümayəndə heyətin

19 sentyabr
.

Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb

Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm

20 sentyabr
.

İstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb

İstanbulun Şişli rayonunda bir evə keçirilən əməliyyat zamanı 297 kiloqram sintetik narkotik vasitə, 520 kiloqram kimyəvi qatqı maddəsi, qarışdırıcı aparat, narkotik vasitələrin hazırlanmasında istifadə olunan avadanlıq və 2 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb. "Report" xəbər verir ki

19 sentyabr
.

Ayıların hücumlarına görə - Komendant saatı elan etdilər

Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində ayıların hücumu ilə əlaqədar komendant saatı tətbiq edilib. "Qafqazinfo" "Kommersant"a istinadən xəbər verir ki, qərarla axşam saat 19:00-dan etibarən insanların küçələrdə, parklarda və meşə massivlərində olması qadağan olunub. Şəhə

18 sentyabr
.

Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır

Bəzi kəpənək növlərinin qocalma prosesini digər növlərlə müqayisədə daha yavaş keçirdiyi müəyyən edilib. xəbər verir ki, Bristol Universitetinin rəhbərliyi ilə Smithsonian Tropik Tədqiqat İnstitutunun əməkdaşlığı çərçivəsində aparılan araşdırmada Cənubi və Mərkəzi Amerikanın tropik yağış meşələrind

19 sentyabr
.

ABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır

ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr

19 sentyabr