Azərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi - FOTO

Azərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi - FOTOAzərbaycanlı müğənni Sofi Fayro yeni "Stop Cortisol" klipini təqdim edib. Layihə daxili harmoniyanın qorunması, emosional balansın bərpası və insanın psixoloji təzyiqdən müdafiəsi ideyası üzərində qurulub.

"Stop Cortisol" ifadəsi ingilis dilindən tərcümədə "kortizolu dayandır" mənasını verir. Kortizol stress hormonu kimi tanınır və uzunmüddətli gərginlik zamanı yüksələrək insanın emosional və psixoloji vəziyyətinə mənfi təsir göstərə bilir. Bu baxımdan, mahnının adı simvolik məna daşıyır və stressə, manipulyativ münasibətlərə, emosional nəzarətə, o cümlədən narsissizm (özünə həddindən artıq vurğunluq və empati çatışmazlığı ilə xarakterizə olunan davranış modeli) kimi hallara qarşı mesaj kimi səslənir. Psixologiyada narsist davranış dedikdə, qarşı tərəfin hiss və ehtiyaclarını nəzərə almadan diqqət mərkəzində olmağa çalışmaq, münasibətlərdə dominant mövqe tutmaq meyli başa düşülür. Kompozisiyada şəxsi sərhədlərin qorunması, özünə hörmət və daxili azadlıq mövzularına xüsusi vurğu edilir.

Sənətçi bildirib ki, layihənin əsas məqsədi insanın özünü itirmədən münasibətlərdə balansı qorumasına diqqət çəkməkdir:

"Mən sözlərin və melodiyanın müəllifiyəm. Mənim üçün vacibdir ki, klip düşüncələrimi və daxili vəziyyətimi əks etdirsin."

Trekin aranjimanı məşhur musiqiçi Farid Ağa tərəfindən hazırlanıb. Müasir üsluba əlavə olunan şərq notları kompozisiyaya fərqli musiqi atmosferi qazandıraraq layihənin emosional təsirini gücləndirir.

Klipin əsas xüsusiyyəti onun tamamilə süni intellekt vasitəsilə yaradılmasıdır. Süjet xətti və vizual obrazlar layihənin müəllifi tərəfindən formalaşdırılıb. Sofi Fayro layihədə müğənni olmaqla yanaşı, söz və melodiyanın müəllifi, ssenari müəllifi, rejissor, montajçı və prodüser kimi çıxış edir. Layihə SANSARA MUSIC prodakşn dəstəyi ilə ərsəyə gəlib.

"Stop Cortisol" təkcə yeni musiqi işi deyil, həm də emosional sağlamlıq, toksik münasibətlər, narsist davranış modelləri fonunda şəxsi sərhədlərin qorunması ilə bağlı çağırış kimi təqdim olunur. Layihə göstərir ki, müasir musiqi yalnız estetik deyil, eyni zamanda sosial və psixoloji mesaj daşıya bilər.

Qeyd edək ki, Sofi Fayro beynəlxalq səviyyədə "Jara Festivalı 2021"də, "Eurovision Azərbaycan 2013"də və "Miss Civilization of Azerbaijan 2012"də iştirak edib. O, "Best International Singer Award", "Rusiya Gözəllik Tanrıçası 2021" mükafatının laureatı olub və modelyer Vyaçeslav Zaytsev tərəfindən keçirilən "Dünyanın ən gözəl Azərbaycan qadını" müsabiqəsinin qalibi seçilib.

Azərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi - FOTOAzərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi - FOTOAzərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi - FOTOAzərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi - FOTOAzərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi - FOTOAzərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi - FOTOAzərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi - FOTOAzərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi - FOTOAzərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi - FOTOAzərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi - FOTOAzərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi - FOTO


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 882   Tarix: 02 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Polad Alemdar"ın "İmam Mehdi" olduğunu iddia edən səs yazısı YAYILDI - VİDEO

Bir zamanlar Türkiyənin ən reytinqli seriallarından biri olan "Kurtlar Vadisi Pusu"nun "Polad Alemdar"ı yenidən gündəmə gəlib. Unikal.org xəbər verir ki, Necati Şaşmaz bir müddətdir ki, özünü "İmam Mehdi" olduğunu idda edir. Hətta onun bunula bağlı səs yazısı ortaya çıxıb

6 sentyabr 2021
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16 sentyabr 2021
.

Murad Dadaşov inanılmaz dərəcədə ARIQLADI - FOTO

Xalq artisti. Xəzər TV-nin prezidenti Murad Dadaşovdan xəbər var. -a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Murad Dadaşovun yeni fotosu yayılıb. Fotodan Muradın inanılmaz dərəcədə arıqlaması diqqət çəkib. lakin izləyiciləri onun əvvəlki görünüşün daha çox yaraşdığını qeyd edib. Həmin fotonu təqdi

7 sentyabr 2021
.

Müğənnilikdən əvvəl qabyuyan, fəhlə, satıcı işləyən MƏŞHURLAR - FOTO

Bu gün tanınmış şou-biznes nümayəndələri vaxtilə başqa peşə ilə məşğul olublar. Onlar arasında qabyuyan, tibb bacısı, idmançı, satıcı, fəhlə, mühafizəçi kimi çalışanlar da var. xəbər verir ki, "Mtv" kanalı bu haqda araşdırma apararaq tanınmışların keçmiş sənətini öyrənib. Vaxt var idi, onla

8 sentyabr 2021
.

"Sirtaki"nin müəllifi olan bəstəkar öldü

Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd

3 sentyabr 2021
.

Əməkdar artist AzTV-də aparıcılıq edir

Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb. xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir. Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır. Qeyd edək ki, XəSənanqəzə ötən mövsüm proqramı tək aparırdı

4 sentyabr 2021
.

Koronavirusa yoluxan Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub. Bu barədə -a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib. "Həkimlər sənətçinin vəziyyətini stabil saxlamaq və ağırlaşmasının qarşısını almaq məqsədilə süni tənəffüs aparatına qoşulduğunu bildiriblər", - dey

9 sentyabr 2021
.

Səməd Səmədova başdaşı qoymağa ailəsinin imkanı çatmır?

"Səməd Səmədov 40 ildi toylara gedirdi, onun imkanına nə gəlib. Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev mərhum Xalq artisti Səməd Səmədovun məzar daşının olmaması ilə bağlı videogörüntüdən danışarkən deyib. Sənətçi hesab edir ki, həmkarının məzar daşının qoyulmamasının madiyyatla he

7 sentyabr 2021
.

"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"

"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə

9 sentyabr 2021