Həcc kvotasının dolmamasının səbəbləri açıqlandı
Bu il Həcc ziyarəti ilə bağlı nəzərdə tutulan kvota tamamlanmayıb. Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsindən verilən məlumata görə, bu günə kimi Həcc ziyarəti üzrə kvotanın cəmi 83 faizi tamamlanıb.
Şöbədən mart ayının 7-dən sonra bir daha müddətin uzadılmayacağını bildiriblər.
Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Həcc ziyarəti üçün ayrılan kvotanın indiyədək dolmamasını bir neçə faktorla izah oluna bilər:
"Bu səbəblərə ilk növbədə ziyarətin maliyyə tərəfini göstərmək olar. Qiymətlərin yüksək olması Həcc ziyarəti ilə bağlı insanlarda tərəddüdlər yaradır. Həccə getmək maddi imkanı olan şəxslər üçün vacib buyrulan ibadətdir. Bu baxımdan, ölkədə yaşayan əksər müsəlmanların maliyyə imkanları Həcc ziyarətinə getmək üçün yetərli deyil".
Rəsul Mirhəşimli hesab edir ki, sosial problemlerlə yanaşı, regionda baş verən münaqişələr də insanların qərar qəbul etməsində tərəddüd yaradır:
"Hətta uzunmüddətli planlaşdırılmış səfərlər belə, siyasi və təhlükəsizlik qeyri-müəyyənliyi fonunda ləngiyir. İnsanlar həm öz təhlükəsizliklərini, həm də ziyarət zamanı qarşılaşa biləcəkləri çətinlikləri nəzərə alırlar. Bir çox müsəlmanlar Həcc ziyarətini yerinə yetirmək istəsə də, maliyyə şəraiti buna imkan vermir. İnsanlar həmçinin gələcəkdə daha ciddi sosial problemlərin ortaya çıxma ehtimalını nəzərə alaraq qərarlarını daha ehtiyatlı verirlər".
Rəsul Mirhəşimlinin fikirincə, təhlükəsizlik və rahatlıq məsələləri insanların prioritetlərində üstünlük təşkil edir:
"Nəticə etibarilə Həcc kvotasının dolmaması yalnız qiymət məsələsi ilə bağlı deyil. Bu, həm sosial vəziyyətin pisləşməsi, həm gələcəyə inamın zəifləməsi, həm də regiondakı siyasi və təhlükəsizlik qeyri-müəyyənliyi ilə bağlıdır".
Xatırladaq ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 480 Tarix: 03 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,
19 sentyabrQarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası
2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind
19 sentyabrSentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK
21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm
19 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrAzərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabrCəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabr