Deputatın şirkətinə protokol yazdı, məhkəmə işə xitam verdi
Azərbaycan Dövlət Reklam Agentliyinin Lənkəran Regional Reklam İdarəsi "Embawood" MMC barəsində inzibati iş başlayıb.
NOCOMMENT.az xəbər verir ki, şirkətə İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Sözügedən maddə reklam qanunvericiliyinin pozulması ilə bağlıdır. Maddədə hüquqi şəxslərin 5 000 manatdan 10 000 manatadək cərimə cəzası nəzərdə tutulur.
İş baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə "Embawood" MMC-nin reklam üçün müvafiq qurumlardan icazə aldığı diqqətə çatdırılıb.
Qarşı tərəf isə məhkəmədə iştirak etməyib.
Hakim Bəxtiyar Məmmədovun çıxardığı qərara əsasən şirkət barəsində inzibati işə xitam verilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Embawood" MMC-nin 11 iyun 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 3750 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, B.Bağırova küçəsi, ev 15 A-da yerləşən "Embawood" MMC-nin qanuni təmsilçisi Əliyev Emil Vaqif oğludur. Emil Əliyevin haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Mebel istehsalı və satışı sahəsində fəaliyyət göstərən "Embawood" MMC-nin təsisçisi deputat Məşhur Məmmədovdur. Bu fakt onunla bağlı bioqrafik məlumatlarda da yer alıb. Məşhur Məmmədov 2020-ci ildən deputatdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 951 Tarix: 03 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİçərişəhərdə maşın park etməyin saatı 5 manatdır - RƏSMİ
"Qeyri-rezidentlər üçün qüvvədə olan tariflər ilk 15 dəqiqə üçün 3 manat, sonrakı hər saat üçün isə 5 manat təşkil edir. Avtomatlaşdırılmış sistem tərəfindən hesablanan 6 saat 4 dəqiqəlik parklanma müddəti üzrə 33 manatlıq ödəniş də müəyyən edilmiş tariflərə uyğundur. Tariflər və giriş şərtlər
16 noyabr"Şamaxinka"dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - Video
Dünən paytaxtın Yasamal rayonu ərazisində - "Şamaxinka" adlanan yerdən keçən tunelin girişində baş vermiş qəzada ölən motosikletçi dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, faciəvi şəkildə həyatını itirən Asif Ağaverdiyevin dəfnində çoxsaylı motosikletçi iştirak edib. Onlar katafalk
18 noyabrBakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar
18 noyabrAzərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin
16 noyabr