Xəyalə Quliyevanın "Maşın Şou"da qazandığı avtomobil ƏLİNDƏN ALINIB? - VİDEO +Yenilənib
Tanınmış aktrisa Xəyalə Quliyevanın "Maşın Şou"da qazandığı avtomobili əlindən alınmayıb.
Oxu.Az xəbər verir ki, o bu barədə öz sosial şəbəkə hesabında etdiyi paylaşımda məlumat verib.
"Səhər durandan hamı maşınla bağlı mənə xəbər atır. Başa düşə bilmirəm, bu saxta məlumatlar haradan alınır. Niyə məndən bir şey soruşulmur. Maşınımdayam, maşınımda da olacam. Bu nə məlumatlardır?!" - deyə Xəyalə Quliyeva vurğulayıb.
12:48
Tanınmış aktrisa Xəyalə Quliyevaya qarşı keçmiş həyat yoldaşı məhkəmə iddiası qaldırıb.
Sonxeber.az "Teleqraf"a istinadən xəbər verir ki, Yusif Musayev məhkəməyə Xəyalə Quliyeva ilə birgə nikah dövründə əldə edilən əmlakların bölgüsü üçün müraciət edib.
Maraqlıdır ki, iddia ərizəsində Xəyalə Quliyevanın 2019-cu ildə "Maşın Şou" televiziya layihəsində udduğu "Nissan Kicks" avtomobilinin də adı keçir. Yusif Musayev bu avtomobilin üzərində bərabər payın müəyyən edilməsini istəyib.
Birinci instansiya məhkəməsi "Maşın Şou"dan qazanılan avtomobillə bağlı iddiaçının tələbini təmin edib. Xəyalə Quliyeva isə qərardan apellyasiya şikayəti verib.
Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, "Nissan Kicks" markalı avtomobil layihənin qalibi olduğu üçün ona hədiyyə kimi verilib. Bakı Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.
Məhkəmə belə qənaətə gəlib ki, həmin əmlak cavabdehə birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilib və bu əmlak bağışlama kimi qəbul oluna bilməz.
Tərəflərin əmlak mübahisəsi Ali Məhkəməyə qədər davam edib. Lakin Xəyalə Quliyevanın kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, tərəflər arasında bağlanmış nikah 2024-cü ilin dekabrında məhkəmə qaydası ilə pozulub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1828 Tarix: 04 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabrVətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?
Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar
19 sentyabrQarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası
2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind
19 sentyabrƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək
Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav
20 sentyabrTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabrQızıl yenidən bahalaşdı
Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında
19 sentyabr