"Azərbaycanda şoklara davamlılıq və keyfiyyətli iqtisadi artım üçün maliyyə-institusional baza möhkəmlənib" - Samir Şərifov
Azərbaycanın şoklara qarşı maliyyə-institusional bazası möhkəmlənib.
Sonxeber.az xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov Bakıda keçirilən "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" adlı forumda bildirib.
Onun sözlərinə görə, ölkəmizin ərazi bütövlüyünün bərpası yerləşdiyimiz regionda yeni geosiyasi və iqtisadi reallıqlar formalaşdırıb, aparılmış islahatlar və həyata keçirilmiş proqramlar nəticəsində makroiqtisadi sabitlik və fiskal dayanıqlıq təmin edilib, fiskal inzibatçılıq təkmilləşib, maliyyə mövqeyimiz əhəmiyyətli dərəcədə güclənib, investisiya cəlbediciliyi artıb: "Bir sözlə, şoklara davamlılıq və keyfiyyətli iqtisadi artım üçün maliyyə-institusional baza möhkəmlənib. Bununla belə, qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik, fraqmentasiya və ticarət proteksionizmi, texnoloji enerji transformasiyasının sürətlənməsi gələcək sosial-iqtisadi inkişaf üçün yeni çağırışlar ərsəyə gətirir".
"Bu çağırışların ciddiliyini adekvat qiymətləndirərək, onların cavablandırılması üçün vergi sisteminin ölkəmizin institusional potensialının və idarəetmə təcrübəsinin formalaşmasına verdiyi və verə biləcəyi töhfələrin müəyyən edilməsi bugünkü forumun müzakirə mövzularından heç şübhəsiz ki, biri olacaq", - deyə hökumət rəsmisi əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 157 Tarix: 05 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranın Naxçıvana dron hücumu nəticəsində xəsarət alanlar var - RƏSMİ - VİDEO
Bu gün günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bildirilib ki, 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanını
5 mart750 əyar qızıl buna görə rəngini dəyişirmiş
750 əyar qızıllar bir müddət istifadədən sonra rəngi qızarır və bu halla qarşılaşan yüzlərlə insan var. -ın məlumatına görə, bunun iki əsas səbəbi var. Birinci səbəb tərkibdir. Belə ki, 750 əyar qızılların tərkibi 75% təmiz qızıl, 25% isə digər metallardan ibarətdir. Digər metallar xaricdən gələn maddələrl
4 martSabah 17 dərəcə isti olacaq
Azərbaycanda martın 6-da havanın 17 dərəcəyədək isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləy
5 martNazir təyin olunan Fərid Bağırzadə KİMDİR? - DOSYE
Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikasının (MR) əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Naxçıvan MR-in yeni əmək və əhalinin sosial müdafiəsinin nazirini təqdim edir:. Fərid Bağırzadə 1994-cü ildə anadan olub. 2016-cı ildə Bakı Dövlət Universitetinin informasiya texnologiyalar
4 martƏməkdar artist müdir təyin olundu (FOTO)
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni təyinat olub. -a istinadən xəbər verir ki, rejissor Əməkdar artist Nicat Kazımov çalışdığı teatrın yaradıcılıq şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Məlumatı -a açıqlamasında Nicat Kazımov təsdiqləyib. O qeyd edib ki, bu vəzifəyə bir-neçə gündü
5 martBakıda məşhur restoran söküləcək - Qaz xəttinin üzərində tikilib...
Bakı şəhəri Nizami rayon Bəkir Çobanzadə küçəsində yerləşən "Xan Bağı" restoranı söküləcək. Qaynarinfo-nun məlumatına görə, bununla bağlı "Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən məhkəməyə müraciət olunub. Bildirilir ki, "Xan Bağı" restoranın bir hissəsi "Azəriqaz"
4 mart