"2025-ci ildə qeyri-neft-qaz özəl sektoruna yönəlmiş əsas kapitala investisiyalar 11,1 % artıb" - Mikayıl Cabbarov

"2025-ci ildə qeyri-neft-qaz özəl sektoruna yönəlmiş əsas kapitala investisiyalar 11,1 % artıb" - Mikayıl CabbarovAzərbaycanda iqtisadiyyatın şaxələndirilməsi strategiyası çərçivəsində qeyri-neft-qaz sektoru iqtisadi artımın əsas drayverinə çevrilib.

Sonxeber.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən "Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar" Forumunda deyib.

Nazirin sözlərinə görə, 2021-2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in orta illik real artımı 5,9 % təşkil edib və bu sahə iqtisadi genişlənmənin əsas mənbələrindən biri olub.

"İqtisadiyyatın şaxələndirilməsində özəl sektor mühüm rol oynayır və bu istiqamətdə dövlət dəstəyi davam etdirilir. Son illərdə özəl sektora göstərilən dəstəyin əsas hissəsini vergi və gömrük güzəştləri təşkil edib. Həyata keçirilən tədbirlər ölkə iqtisadiyyatında mühüm struktur dəyişikliklərinə səbəb olub və özəl sektorun vergi daxilolmalarında payının artmasına gətirib çıxarıb. Belə ki, ötən il qeyri-neft-qaz özəl bölməsindən daxilolmalar qeyri-neft-qaz sektoru üzrə ümumi daxilolmaların 76 %-ni təşkil edib".

Nazir bildirib ki, 2025-ci ildə qeyri-neft-qaz özəl sektoruna yönəlmiş əsas kapitala investisiyalar 11,1 % artıb.

"Xarici mənbələrdən əsas kapitala investisiyalarda isə 24 % artım qeydə alınıb. Eyni zamanda qeyri-neft-qaz sənayesinə yatırılan investisiyalar 26 %-ə qədər yüksəlib. 2021-2025-ci illərdə qeyri-neft-qaz sənayesində əlavə dəyər orta illik hesabla 8 % artıb. Bu dinamika nəticəsində qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2018-ci ildəki 58,3 %-dən 2025-ci ildə 71,5 %-ə çatıb".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 513   Tarix: 05 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İçərişəhərdə maşın park etməyin saatı 5 manatdır - RƏSMİ

"Qeyri-rezidentlər üçün qüvvədə olan tariflər ilk 15 dəqiqə üçün 3 manat, sonrakı hər saat üçün isə 5 manat təşkil edir. Avtomatlaşdırılmış sistem tərəfindən hesablanan 6 saat 4 dəqiqəlik parklanma müddəti üzrə 33 manatlıq ödəniş də müəyyən edilmiş tariflərə uyğundur. Tariflər və giriş şərtlər

16 noyabr
.

Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahiblərinin üzləşdiyi problemlərdən biri də müqavilənin müddəti başa çatdıqdan və ya kirayə haqqı ödənilmədikdən sonra kirayəçinin mənzili boşaltmaqdan imtina etməsidir. Belə hallarda mülkiyyətçilər həm əmlak hüquqlarını qorumaq, həm də qanun çərçivəsində hərəkət etmək məcburiyyətind

17 noyabr
.

SOCAR: Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir

Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir. Bu barədə Naxçıvan Muxtar Respublikasının yanacaqla etibarlı təchizatı ilə bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq SOCAR-dan bildirilib. Qeyd olunub ki, muxtar respublikanın tələbatı tam həcmdə ödənili

18 noyabr
.

Hər şeydə qüsur axtaran insanlar: Daim neqativ düşünməyin səbəbi nədir? - PSİXOLOQDAN AÇIQLAMA

Cəmiyyətdə elə insanlar var ki, baş verən hadisələrə, edilən yaxşılıqlara və hətta xeyirxah təşəbbüslərə belə daim neqativ yanaşırlar. Kiminsə lotereyada iştirak etməsini fırıldaq hesab edir, xəstə uşaqların müalicəsi üçün başladılan yardım kampaniyalarının arxasında mütləq başqa məqsəd axtarır, küç

18 noyabr
.

AQTA işlənmiş fritür yağı aşkarladı - İstehlakçılar nələrə diqqət etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida məhsullarının hazırlanmasında istifadə olunan yağların keyfiyyəti insan sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni yağın dəfələrlə yüksək temperaturda qızdırılaraq istifadə edilməsi onun kimyəvi tərkibinin dəyişməsinə, zərərli birləşmələrin yaranmasına səbəb ola bilər. Belə məhsulları

18 noyabr
.

"Şamaxinka"dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - Video

Dünən paytaxtın Yasamal rayonu ərazisində - "Şamaxinka" adlanan yerdən keçən tunelin girişində baş vermiş qəzada ölən motosikletçi dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, faciəvi şəkildə həyatını itirən Asif Ağaverdiyevin dəfnində çoxsaylı motosikletçi iştirak edib. Onlar katafalk

18 noyabr
.

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar

18 noyabr
.

Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin

16 noyabr
.

Bakıda oğurluq iddiası: Malı çantalarına qoyub mağazadan çıxmaq istədilər - Video

Bakıda bir neçə nəfərin mağazalara daxil olaraq oğurluq etdiyi iddia olunur. xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb. Məlumata görə, hadisə metronun "Əcəmi" stansiyası yaxınlığında yerləşən mağazalardan birində baş verib. İddia olunur ki, mağazaya müştəri qismində daxil olan qadınla

18 noyabr