"Həyata keçirilən tədbirlər Azərbaycanın yüksək texnologiyalara söykənən iqtisadi modelə transformasiyasını təmin etməyə yönəlib" - Nazir
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi və startaplar üçün daha rəqabətqabiliyyətli vergi şəraiti yaradılacaq.
Sonxeber.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda təşkil olunan "Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar" Forumunda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, ölkədə rəqabətqabiliyyətli və innovasiyayönümlü biznes mühitinin formalaşdırılması istiqamətində İKT sektoru, startaplar, həmçinin yüksəkixtisaslı kadrlar üçün daha elastik vergi siyasətinin həyata keçirilməsi planlaşdırılır.
"Bu sahədə süni intellekt texnologiyalarının istifadəsinə istiqamətlənmiş vergi stimullarının artırılması əsas prioritetlərdən biri kimi müəyyən edilib. Həyata keçirilən tədbirlər Azərbaycanın yüksək texnologiyalara söykənən iqtisadi modelə transformasiyasını təmin etməyə yönəlib. Bu kontekstdə ölkədə artıq superkompüter mərkəzi fəaliyyətə başlayıb, rəqəmsallaşma sahəsində əhəmiyyətli layihələr icra edilir və insan kapitalının bilik və bacarıq potensialının gücləndirilməsi istiqamətində işlər davam etdirilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 655 Tarix: 05 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİçərişəhərdə maşın park etməyin saatı 5 manatdır - RƏSMİ
"Qeyri-rezidentlər üçün qüvvədə olan tariflər ilk 15 dəqiqə üçün 3 manat, sonrakı hər saat üçün isə 5 manat təşkil edir. Avtomatlaşdırılmış sistem tərəfindən hesablanan 6 saat 4 dəqiqəlik parklanma müddəti üzrə 33 manatlıq ödəniş də müəyyən edilmiş tariflərə uyğundur. Tariflər və giriş şərtlər
16 noyabr"Şamaxinka"dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - Video
Dünən paytaxtın Yasamal rayonu ərazisində - "Şamaxinka" adlanan yerdən keçən tunelin girişində baş vermiş qəzada ölən motosikletçi dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, faciəvi şəkildə həyatını itirən Asif Ağaverdiyevin dəfnində çoxsaylı motosikletçi iştirak edib. Onlar katafalk
18 noyabrBakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar
18 noyabrAzərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin
16 noyabr