BİG Media Group-un suyu "Genay" MTK tərəfindən qanunsuz olaraq kəsilib
Bakı şəhəri, Aşıq Alı küçəsi 2 ünvanında yerləşən BİG Media Group-un ofisinin su təchizatı binaya xidmət göstərən "Genay" MTK tərəfindən dayandırılıb.
MTK tərəfindən ofisə 560 manat məbləğində borc təqdim olunub və bildirilib ki, bu məbləğ komendant pulu, zibilin atılması və qarajdan istifadə haqqı ilə bağlıdır. Lakin BİG Media olaraq bildiririk ki, ofisimiz qarajdan istifadə etmir və göstərilən xidmətlərdən də yararlanmır.
Buna baxmayaraq, "Genay" MTK tərəfindən əsassız ödəniş tələbi irəli sürülüb və həmin məbləğ ödənilmədiyi üçün ofisimizə suyun təchizatı dayandırılıb. Bu addım açıq şəkildə qanunsuzdur və media qurumuna qarşı təzyiq kimi qiymətləndirilir.
MTK-nın heç bir hüquqi əsas olmadan müxtəlif adlar altında ödəniş tələb etməsi qəbuledilməzdir. Xüsusilə də göstərilməyən xidmətlərə görə pul tələb olunması və bunun qarşılığında su kimi həyati vacib xidmətin kəsilməsi ciddi qanun pozuntusudur.
BİG Media olaraq hesab edirik ki, bu cür addımlar MTK-ların səlahiyyət həddini aşdığını göstərir. Media qurumunun fəaliyyətinə maneə yaradan bu qanunsuz qərarın aradan qaldırılması üçün məsələ ilə bağlı müvafiq qurumlara müraciət olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 525 Tarix: 05 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy
20 sentyabrAzərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
20 sentyabrBu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO
Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf
20 sentyabrSabahın havası açıqlandı
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec
19 sentyabrSentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK
21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm
19 sentyabrVətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?
Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar
19 sentyabr