"Ət House"un qəssabından 35 min manatlıq dələduzluq - "Penitensiar Xidmətə 1 ton ət verəcəyik..."
Bakıda fəaliyyət göstərən "Ət House" mağazasının qəssabı dələduzluğa görə həbs edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Ruslan adlı qəssab dələduzluq yolu ilə Rövşən adlı şəxsi 35 500 manat pulunu mənimsəyib.
Rövşən Ruslanın müştərisi olub. O, hər dəfə "Ər House" mağazasından ət aldıqda Ruslan ona bu sahədə biznes təklif edib. Rövşən əvvəlcə qəssabın təklifinə əhəmiyyət verməsə də, sonradan ət biznesinə başlamağa qərar verib.
Ruslan Rövşəndən birinci dəfə 1500 manat alıb. Ona bildirib ki, Qurban bayramı ilə əlaqədar harasa 100 kiloqram verəcəklər, pul da buna görə lazımdır.
Rövşən də razılaşaraq deyilən məbləği ona verib. Ruslan həmin pulu qumarda uduzub.
Daha sonra Ruslan Rövşənə bildirib ki, qohumları Penitensiar Xidmətinə işə düzəlib. O, Rövşəni inandırıb ki, hər ay sözügedən quruma 1 ton ət veriləcək, buna görə də pul lazımdır. Rövşən bu dəfə də Ruslana inanıb və deyilən məbləği verib. Bu minvalla Ruslan Rövşəndən hissə-hissə olmaqla 35 500 manat pul alıb. Həmin pulları isə qumarda uduzub.
Zərəçəkmiş hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra Ruslan saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə Abşeron Rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə baxılıb.
Ruslan məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, Rövşəndən aldığı pulları qumarda uduzub. Əlavə edib ki, Rövşənə dəymiş zərərdən 5000 manat qaytarıb.
Məhkəmənin hökmü ilə Ruslan 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 782 Tarix: 05 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy
20 sentyabrAzərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabrAzərbaycan beton istehsalını avqustda 30 % artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabrOktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ
Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza
20 sentyabrZeynəb Zamanovaya vəzifə verildi - Foto
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində kadr təyinatı olub. xəbər verir ki, agentliyin İşə qəbul və Planlaşdırma şöbəsinin rəhbəri vəzifəsinə Zeynəb Zamanova təyin olunub. Qeyd edək ki, Zeynəb Zamanova 2022-ci ildən etibarən Dövlət Məşğulluq Agentliyind
19 sentyabr