Naxçıvana hücum edən İran dronu haqqında BİLMƏDİKLƏRİMİZ: Hədəfə çırpılaraq PARTLAYIR - VİDEO

Naxçıvana hücum edən İran dronu haqqında BİLMƏDİKLƏRİMİZ: Hədəfə çırpılaraq PARTLAYIR - VİDEOİranın Naxçıvan aeroportuna hücumu "Arash-2" kamikadze pilotsuz uçuş aparatı (PUA) vasitəsilə həyata keçirilib.

Oxu.Az-ın araşdırmasına görə, bu, İranın son illərdə təqdim etdiyi uzaqmənzilli zərbə dronlarından biridir və hədəfə çırpılaraq partlayan kamikadze tipli pilotsuz uçuş aparatları sinfinə daxildir.

"Arash-2" İranın uzaqmənzilli zərbə dronları arasında ən diqqətçəkən platformalardan biri hesab olunur. "Arash-2" İranın hərbi sənaye kompleksi tərəfindən hazırlanmış "loitering munition" (gəzən döyüş sursatı) tipli pilotsuz aparatdır. Bu kateqoriyaya aid dronlar əvvəlcədən müəyyən edilmiş istiqamətə uçur, hədəf zonasına çatdıqdan sonra müəyyən müddət havada qalaraq hədəfi gözləyir və daha sonra birbaşa hədəfə çırpılaraq partlayır. Bu səbəbdən belə sistemlər klassik pilotsuz kəşfiyyat dronlarından fərqli olaraq birbaşa döyüş sursatı funksiyasını yerinə yetirir.

"Arash-2" kamikadze dronu iri ölçülü zərbə PUA-ları kateqoriyasına daxildir. Pilotsuz uçuş aparatının uzunluğu təxminən 4.5 metr, qanad açıqlığı isə təxminən 4 metr təşkil edir. Aparatın ümumi çəkisi təxminən 200 kiloqram civarındadır. Bu ölçülər və konstruksiya dronun uzun məsafələrə uçuş üçün nəzərdə tutulduğunu göstərir. Aerodinamik quruluşu sadə və uzaqməsafəli uçuş üçün optimallaşdırılmış platformaya uyğun hazırlanıb.

"Arash-2" piston tipli mühərriklə işləyir. Bu mühərrik pilotsuz uçuş aparatına uzun müddət havada qalmaq və böyük məsafələr qət etmək imkanı verir. Dronun maksimal sürəti təxminən saatda 185 kilometr təşkil edir.

Pilotsuz uçuş aparatının maksimal uçuş hündürlüyü təxminən 12 min fut, yəni 3.6 kilometr civarındadır. Bu hündürlük dronun həm uzun məsafəli uçuşlar həyata keçirməsinə, həm də radar aşkarlanmasını müəyyən qədər çətinləşdirməsinə imkan yaradır. "Arash-2"nin əsas üstünlüklərindən biri onun uzun uçuş məsafəsinə malik olmasıdır. Pilotsuz uçuş aparatının uçuş mənzili 1000-1600 kilometr təşkil edir. Bəzi konfiqurasiyalarda isə bu məsafə 2000 kilometrə qədər çata bilir. Uçuş məsafəsindəki fərq, əsasən, dronun döyüş başlığının çəkisi, yanacaq ehtiyatı və uçuş profili ilə bağlı dəyişir.

Dron təxminən 150 kiloqramlıq döyüş başlığı daşıyır. Bu döyüş başlığı hədəfə çırpılma zamanı ciddi dağıdıcı təsir yaradır və xüsusilə infrastruktur obyektlərinə qarşı istifadə üçün nəzərdə tutulur.

"Arash-2" mobil buraxılış sistemi ilə istifadə olunur. Pilotsuz uçuş aparatı uçuş zolağı olmadan havaya buraxılır. Dron, adətən, yük maşını üzərində quraşdırılan konteyner tipli ("box launcher") mobil buraxılış qurğusundan istifadə olunaraq buraxılır. Buraxılış zamanı raket sürətləndirici (JATO) sistemi tətbiq edilir. Bu sistem pilotsuz uçuş aparatının qısa müddətdə yüksək sürət yığaraq havaya qalxmasını təmin edir. Mobil buraxılış sistemi "Arash-2"nin taktiki imkanlarını artırır. Bu texnologiya sayəsində dron müxtəlif mövqelərdən qısa müddətdə buraxıla bilir və buraxılış nöqtəsinin müəyyən edilməsi çətinləşir.

"Arash-2"nin idarəetmə sistemi peyk naviqasiyası və avtomatik uçuş proqramı əsasında işləyir. Pilotsuz uçuş aparatı əvvəlcədən proqramlaşdırılmış koordinatlar üzrə hədəfə istiqamətlənir və uçuş zamanı avtopilot sistemi vasitəsilə marşrutunu qoruyur.

Analitik materiallarda "Arash-2"nin bəzi hallarda İranın digər kamikadze dronları ilə, xüsusilə "Kian-2" platforması ilə eyni ailəyə aid olduğu və ya bu platformaların texnoloji baxımdan yaxın sistemlər olduğu qeyd olunur. Bu isə İranın uzaqmənzilli kamikadze dronlarının vahid texnoloji baza üzərində inkişaf etdirildiyini göstərir.

Ümumilikdə "Arash-2" İranın arsenalında yer alan ən uzaqmənzilli kamikadze pilotsuz uçuş aparatlarından biri hesab olunur. Bu xüsusiyyətlər "Arash-2"nin strateji və infrastruktur obyektlərinə qarşı istifadə edilən kamikadze dronları arasında xüsusi yer tutduğunu göstərir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2441   Tarix: 05 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İçərişəhərdə maşın park etməyin saatı 5 manatdır - RƏSMİ

"Qeyri-rezidentlər üçün qüvvədə olan tariflər ilk 15 dəqiqə üçün 3 manat, sonrakı hər saat üçün isə 5 manat təşkil edir. Avtomatlaşdırılmış sistem tərəfindən hesablanan 6 saat 4 dəqiqəlik parklanma müddəti üzrə 33 manatlıq ödəniş də müəyyən edilmiş tariflərə uyğundur. Tariflər və giriş şərtlər

16 noyabr
.

Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahiblərinin üzləşdiyi problemlərdən biri də müqavilənin müddəti başa çatdıqdan və ya kirayə haqqı ödənilmədikdən sonra kirayəçinin mənzili boşaltmaqdan imtina etməsidir. Belə hallarda mülkiyyətçilər həm əmlak hüquqlarını qorumaq, həm də qanun çərçivəsində hərəkət etmək məcburiyyətind

17 noyabr
.

SOCAR: Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir

Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir. Bu barədə Naxçıvan Muxtar Respublikasının yanacaqla etibarlı təchizatı ilə bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq SOCAR-dan bildirilib. Qeyd olunub ki, muxtar respublikanın tələbatı tam həcmdə ödənili

18 noyabr
.

Hər şeydə qüsur axtaran insanlar: Daim neqativ düşünməyin səbəbi nədir? - PSİXOLOQDAN AÇIQLAMA

Cəmiyyətdə elə insanlar var ki, baş verən hadisələrə, edilən yaxşılıqlara və hətta xeyirxah təşəbbüslərə belə daim neqativ yanaşırlar. Kiminsə lotereyada iştirak etməsini fırıldaq hesab edir, xəstə uşaqların müalicəsi üçün başladılan yardım kampaniyalarının arxasında mütləq başqa məqsəd axtarır, küç

18 noyabr
.

AQTA işlənmiş fritür yağı aşkarladı - İstehlakçılar nələrə diqqət etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida məhsullarının hazırlanmasında istifadə olunan yağların keyfiyyəti insan sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni yağın dəfələrlə yüksək temperaturda qızdırılaraq istifadə edilməsi onun kimyəvi tərkibinin dəyişməsinə, zərərli birləşmələrin yaranmasına səbəb ola bilər. Belə məhsulları

18 noyabr
.

"Şamaxinka"dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - Video

Dünən paytaxtın Yasamal rayonu ərazisində - "Şamaxinka" adlanan yerdən keçən tunelin girişində baş vermiş qəzada ölən motosikletçi dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, faciəvi şəkildə həyatını itirən Asif Ağaverdiyevin dəfnində çoxsaylı motosikletçi iştirak edib. Onlar katafalk

18 noyabr
.

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar

18 noyabr
.

Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin

16 noyabr
.

Bakıda oğurluq iddiası: Malı çantalarına qoyub mağazadan çıxmaq istədilər - Video

Bakıda bir neçə nəfərin mağazalara daxil olaraq oğurluq etdiyi iddia olunur. xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb. Məlumata görə, hadisə metronun "Əcəmi" stansiyası yaxınlığında yerləşən mağazalardan birində baş verib. İddia olunur ki, mağazaya müştəri qismində daxil olan qadınla

18 noyabr