Sumqayıtda balaca idmançıların böyük mübarizəsi - Aquatlon üzrə açıq çempionat keçirildi
1 mart 2026-cı il tarixində Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Triatlon Federasiyasının təşkilatçılığı ilə Aquatlon idman növü üzrə Sumqayıt şəhər açıq çempionatı keçirildi. Yarışda Elit yaş kateqoriyası ilə bərabər 7 yaş kateqoriyasında idmançılarıda iştirak etdilər.
Suyun içindən qaçış zolağına uzanan bu maraqlı yarışda iştirakçılar Aquatlonun iki əsas mərhələsi - üzgüçülük və qaçış üzrə bacarıqlarını nümayiş etdirdilər. Yarış boyu tribunalarda valideynlərin alqışları, meydanda isə idmançıların qələbə əzmi hiss olunurdu.
Çempionatın əsas məqsədi uşaqlar və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və gələcəyin triatlon idmançılarının yetişdirilməsinə töhfə vermək idi. Balaca iştirakçılar isə göstərdilər ki, böyük qələbələrin yolu məhz belə kiçik, amma cəsarətli addımlardan başlayır.
Yarışın sonunda fərqlənən idmançılar diplom və medallarla təltif olundular. Həmin gün meydanda yalnız qaliblər deyil, bütün iştirakçılar qazandı - çünki onlar idman, iradə və özünəinamın vacib dərsini yaşadılar.
Azərbaycan Triatlon Federasiyası bu kimi yarışlarla ölkəmizdə triatlon və aquatlon idman növlərinin inkişafına dəstək verməyi və yeni nəsil idmançıların yetişməsinə şərait yaratmağı davam etdirir.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 863 Tarix: 05 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİçərişəhərdə maşın park etməyin saatı 5 manatdır - RƏSMİ
"Qeyri-rezidentlər üçün qüvvədə olan tariflər ilk 15 dəqiqə üçün 3 manat, sonrakı hər saat üçün isə 5 manat təşkil edir. Avtomatlaşdırılmış sistem tərəfindən hesablanan 6 saat 4 dəqiqəlik parklanma müddəti üzrə 33 manatlıq ödəniş də müəyyən edilmiş tariflərə uyğundur. Tariflər və giriş şərtlər
16 noyabr"Şamaxinka"dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - Video
Dünən paytaxtın Yasamal rayonu ərazisində - "Şamaxinka" adlanan yerdən keçən tunelin girişində baş vermiş qəzada ölən motosikletçi dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, faciəvi şəkildə həyatını itirən Asif Ağaverdiyevin dəfnində çoxsaylı motosikletçi iştirak edib. Onlar katafalk
18 noyabrBakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar
18 noyabrAzərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin
16 noyabr