Orban Zelenskiyə cavab verdi: "Macarları şantaj etmək olmaz"
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskidən təhdid dolu mesaj aldığını və bunu öz ölkəsinə qarşı təhdid kimi qəbul etdiyini bildirib. O qeyd edib ki, dərhal buna son qoyulmasını məsləhət görür.
Viktor Orban, həmçinin xəbərdarlıq edib ki, Ukrayna şantaj yolu ilə Macarıstandan heç nə əldə edə bilməyəcək.
Bu barədə Oxu.Az TASS-a istinadən məlumat verir.
"Cənab prezident, məni və mənim simamda bütün Macarıstanı öz əsgərlərinizlə hədələdiyiniz mesajı aldım. Bu işə yaramayacaq, bunu dayandırın. Bura Macarıstandır. Macarları şantaj etmək olmaz, məni də təhdid etmək olmaz", - deyə Orban bildirib.
"Ən yaxşısı sülhdür. Şantaj və təhdidləri dayandırın. Neft blokadasına son qoyun və Macarıstana neft tədarükünü təmin edin. Təhdid və şantaj əvəzinə, macarlara layiq olduqları hörməti göstərin", - deyə o qeyd edib.
Daha əvvəl martın 5-də Zelenski bildirmişdi ki, Budapeşt Ukraynaya 90 milyard avroluq kredit verilməsi qərarını bloklamağa davam edərsə, Viktor Orbanın ünvanını Ukrayna Silahlı Qüvvələrinə verəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 482 Tarix: 07 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Seul Hörmüz boğazına hərbçi göndərməyəcək
Cənubi Koreya ordusunu Hörmüz boğazına göndərməyəcək. xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Li Ce Myon bildirib. "Qoy aydın olsun. Münaqişədə iştiraka səbəb olacaq heç bir qoşun yeridilməyəcək. Müharibədə iştirak olmayacaq", - deyə Li Ce-myen cümə günü Ryeonghap agentliyinin keçirdiy
18 sentyabr"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20 sentyabrABŞ Çinlə müharibənin astanasında idi
Yazda, İranla müharibənin ən qızğın vaxtında, Amerika ordusu arasında yayılan bir kəşfiyyat hesabatı dərhal həyəcana səbəb oldu. Hesabatda deyilirdi: "Yaxın Şərqdə bir Çin gəmisi nüvə silahı proqramı üçün komponentlər daşıyırdı". xəbər verir ki, məsələ ilə tanış olan dörd mənbəyə görə , AB
19 sentyabrDünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq
Qlobal istiləşmənin təsiri ilə Yer atmosferindəki su buxarının miqdarı rekord həddə çatıb. Mütəxəssislər bunun güclü yağışlar, tropik siklonlar və yüksək temperaturla bağlı riskləri artıra biləcəyini bildirirlər. "Qafqazinfo" xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə
18 sentyabrABŞ İranın 104 ticarət gəmisini ələ keçirib
İranın dəniz blokadası bərpa olunandan bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına gedən və ya çıxan 104 ticarət gəmisini saxlayıb. xəbər verir ki, bunu ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) bildirib. "ABŞ qüvvələri qaydalara tam uyğunluğunu təmin etmək üçün 104 ticarət gəmisin
18 sentyabrABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq
Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd
19 sentyabrTrampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabr