Almaniyada metallurgiya və elektrotexnika sahəsi üzrə 150 minədək iş yerinin azalacağı gözlənilir
Almaniyanın Metallurgiya və Elektrik Sənayesi İşəgötürənləri Həmkarlar İttifaqı ("Gesamtmetall") proqnozlaşdırır ki, 2026-cı ildə ölkənin metallurgiya və elektrotexnika sahələri 150 minədək iş yerini itirəcək.
"Report" xəbər verir ki, bu barədə "Gesamtmetall"ın rəhbəri Oliver Çander "Funke"yə müsahibəsində danışıb.
"Vəziyyət, həqiqətən, dramatikdir", - o qeyd edib. "Gesamtmetall" rəhbərinin sözlərinə görə, sahə Almaniya qurulandan bəri ən böyük böhranı yaşayır.
Çander, Almaniyanın biznes assosiasiyalarının bir çox digər nümayəndələri kimi, əsas səbəb olaraq biznes fəaliyyətinin yüksək xərclərini göstərib.
"Gesamtmetall"ın rəhbəri bəyan edib ki, Almaniyada elektrik enerjisi həddindən artıq bahadır, korporativ vergilər və sosial ayırmalar yüksəkdir, həmçinin ifrat bürokratiya mövcuddur. O qeyd edib ki, bürokratiyanın azaldılması məsələsində sistemli yanaşma çatışmır: "Biz heyvanlar arasındakı epidemiyalarla bürokratiyanın azaldılmasından daha sistemli şəkildə mübarizə aparırıq". Onun fikrincə, "bürokratların özlərini də ixtisar etmək" lazımdır - dövlət idarəçiliyində personal həddindən artıq çoxdur və bu bütün səviyyəli büdcələrə yük olur.
"Biz artıq iki ildir resessiyadayıq. 2018-ci ildən bəri 270 min iş yeri itirmişik. Ötən ay sahəmizdə çalışanların sayı 3,8 milyon nəfərdən aşağı düşüb. Bu, 2015-ci ildən bəri baş verməmişdi", - Çander fikrini yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 451 Tarix: 08 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KXDR-də yeni esminesin silah sınaqları keçirilib
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In "Kan Qon" esminesindən strateji qanadlı raketlərin buraxılışını izləyib. "Report" Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir ki, sınaqlar zamanı gəminin əsas silah sistemləri, o cümlədən göyərt
5 iyulDonald Tramp: "İran rəhbərliyini öldürsək, danışacaq heç kim qalmaz"
ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün hərbi addımlar və danışıqlar prosesi barədə açıqlama verib. "Axios" portalına istinadən xəbər verir ki, Tramp ABŞ-nin İran rəhbərliyini öldürmək niyyətində olmadığını bildirib. Ağ Ev rəhbərinin sözlərinə görə, belə bir addım Tehranla gələcək danışıqlar
5 iyulAydan başqa, Yerin daha bir təbii peyki var, amma əsl peyk hesab edilmir
Bu kosmik cisim Ay kimi Yer ətrafında fırlanmır. Əvəzində Günəş ətrafında elə bir orbit üzrə hərəkət edir ki, Yerlə uzun müddət kvazipeyk münasibətində qalır. Qaynarinfo xəbər verir ki, Çinin "Tianwen-2" kosmik aparatı təxminən bir illik uçuşdan sonra ehtimal ki, Yerin kvazipeyki hesab oluna
6 iyulTramp Türkiyəyə yola düşdü - Video
ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşüb. "Qafqazinfo" xəbər verir ki, Tramp Merilend ştatındakı Endryus Birləşmiş Hərbi Hava Bazasından "Air Force One" təyyarəsi ilə Ankaraya yola çıxıb. NATO-nu
7 iyulTramp ŞİKAYƏTLƏNDİ: işinin çoxluğu üzməyə və kitab oxumağa mane olur
ABŞ prezidenti Donald Tramp bildirib ki, sıx iş qrafiki Ağ ev ərazisində üzgüçülük və qolf oynamaq da daxil olmaqla, asudə vaxtının qalmasına səbəb olur. "Uzun müddətdir çimərlik geyimi geyinmirəm - çox məşğulam", - -ın xarici mediaya istinadən məlumatına görə, o qeyd edib. Tramp oxumağa vaxt
5 iyulPaşinyan Rusiyaya getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Nazirlər Kabinetinə istinadən məlumat yayıb. N.Paşinyan Yekaterinburqda "İnnoprom-2026" sərgisində iştirak edəcək. Səfər çərçivəsində onun Rusiyanın Ba
6 iyulHindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb
Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatının Vizak sahillərində qayığın aşması nəticəsində altı balıqçı itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb. Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb. Ehtimal olunur ki, qayıq fırtın
5 iyulABŞ-də anomal istilər 25 nəfərin ölümünə səbəb olub
ABŞ-nin bir sıra regionlarında rekord istilər 25 nəfərin ölümünə səbəb olub. "Report" xəbər verir ki, bu barədə ştat rəsmilərinə istinadən "NBC News" məlumat yayıb. Qeyd olunub ki, ən çox ölüm halı Nyu-Cersi ştatında qeydə alınıb - 22 nəfər. "Ölənlər, əsasən, 30-80 yaş aras
5 iyul