Beş ölkə ilə həmsərhəddir - dünyanın ən böyük gölü hansıdır?

Beş ölkə ilə həmsərhəddir - dünyanın ən böyük gölü hansıdır?Dünyanın ən böyük gölü əslində dəniz adlanır və suyu duzludur. Məhz bu səbəbdən ona "dünyanın ən böyük qapalı su hövzəsi" də deyilir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu su hövzəsi okeana çıxışı olmadığı və dənizlə birbaşa əlaqəsi tapılmadığı üçün çox vaxt göl kimi təsnif edilir. O, yalnız çaylar vasitəsilə digər su sistemləri ilə əlaqələnir.

Dünyanın ən böyük gölü hansıdır

Bəlkə də dünyanın ən böyük gölünün Amerika və ya Afrikada yerləşdiyini düşünə bilərsiniz. Lakin əslində o, Avrasiyada yerləşir və Xəzər dənizi adlanır.

Okeana çıxışı olmayan bu nəhəng su hövzəsi Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Azərbaycan ilə həmsərhəddir. Onun şərqində Qafqaz dağları, qərbində isə Mərkəzi Asiyanın geniş çölləri yerləşir.

Xəzər dənizinin sahəsi 386 400 kvadrat kilometrdir. Bu isə Yaponiyanın ümumi ərazisindən (378 000 kvadrat kilometr) daha böyükdür. Maraqlıdır ki, bu su hövzəsinin ən dərin nöqtəsi səviyyədən 1025 metr aşağıda yerləşir. Hesab olunur ki, Yer kürəsindəki bütün daxili səthi suların təxminən üçdə biri burada toplanıb.

Xəzər dənizi eyni zamanda dünyanın ən böyük duzlu gölü hesab olunur. Burada 50 ada mövcuddur və su hövzəsi biomüxtəliflik baxımından mühüm əhəmiyyətə malikdir. Burada Xəzər suitisi, altı növ nərə balığı, həmçinin yüzlərlə balıq və onurğasız canlı növü yaşayır.

Alimlər uzun müddət Xəzər suitilərinin bu qapalı su hövzəsinə necə gəlib çıxdığını araşdırıblar. Son tədqiqatlara görə, onlar vaxtilə Arktikadan çaylar şəbəkəsi vasitəsilə buraya miqrasiya ediblər. Bu çayların bir qismi sonradan yoxa çıxıb. Xəzər dənizi həm də Avropa, Asiya və Afrika arasında miqrasiya edən quşlar üçün mühüm dayanacaq nöqtəsidir.

Lakin son araşdırmalar göstərir ki, qlobal istiləşmə səbəbindən bu nəhəng su hövzəsinin sahəsi gələcəkdə azala bilər. Lids Universitetinin alimləri hesab edirlər ki, 2100-cü ilə qədər sahəsi İslandiyanın ərazisindən böyük olan bir hissə buxarlanaraq yox ola bilər. Dünyanın ikinci ən böyük gölü isə Kanada və ABŞ arasında yerləşən Superior gölüdür. Bu, həm də dünyanın ən böyük şirin su gölü hesab olunur.

Dünyanın ən böyük vulkanı hansıdır?

Dünyada məlum olan ən böyük vulkan da dənizin altında yerləşir. Tamu massivi Sakit okeanın dibində, Yaponiyadan təxminən 1600 kilometr şərqdə yerləşir. Onun sahəsi təxminən 310 000 kvadrat kilometrdir və vulkanın əsas hissəsi Yer qabığının təxminən 30 kilometr dərinliyinə qədər uzanır. Müqayisə üçün qeyd edək ki, ABŞ-ın Vaşinqton ştatının sahəsi 184 661 kvadrat kilometrdir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 821   Tarix: 08 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"

"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb

19 sentyabr
.

Pentaqon 25 min ABŞ əsgərini Avropadan çıxara bilər

Pentaqon təxminən 25.00 Amerika əsgərini, eləcə də döyüş təyyarələrini, gəmilərini və silahlarını Avropadan çıxarmağı nəzərdən keçirir. xəbər verir ki, NBC News yazır ki, "Pentaqon təyyarələri, gəmiləri, silahları və on minlərlə Amerika əsgərini Avropadan çıxarmaq üçün radikal bir plan nəzərdə

18 sentyabr
.

Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb

Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm

20 sentyabr
.

Ata oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı

Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə

20 sentyabr
.

Donald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?

ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə

19 sentyabr
.

Afrika gözləniləndən daha sürətli parçalanır

Geoloqlar Afrika qitəsinin düşündüyümüzdən daha tez bölünəcəyini aşkar ediblər. Aktiv çat "kritik həddə" çatıb və tezliklə bölünərək yeni bir okean əmələ gətirəcək. Lakin "tezliklə" nisbi bir termindir: bunun üçün hələ bir neçə milyon il lazım olacaq, lakin geoloji miqyasda bu, sadəc

19 sentyabr
.

15 il sonra rejimdən gizlətdiyi kitablarına qovuşma anları viral oldu - Video

Suriyada Əsəd rejiminin dini və fəlsəfi əsərləri məhv edə biləcəyindən ehtiyat edən Əmr bin Mustafa Əlvan 15 il əvvəl divarın arxasında gizlətdiyi kitabxanasına qovuşub. "Qafqazinfo" xəbər verir ki, Suriya vətəndaş müharibəsinin ilk illərində Bəşər Əsəd rejiminin bir sıra kitabları qadağa

18 sentyabr
.

Rubio Danimarka ilə Qrenlandiya üzrə razılaşmanın detallarını açıqlayıb

Danimarka Qrenlandiyanın təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilmədiyi üçün ABŞ-la razılaşmağa gedib. "Report"un məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib. "Danimarka və Qrenlandiya anlayırlar ki, Qrenlandiyay

19 sentyabr
.

ABŞ Çinlə müharibənin astanasında idi

Yazda, İranla müharibənin ən qızğın vaxtında, Amerika ordusu arasında yayılan bir kəşfiyyat hesabatı dərhal həyəcana səbəb oldu. Hesabatda deyilirdi: "Yaxın Şərqdə bir Çin gəmisi nüvə silahı proqramı üçün komponentlər daşıyırdı". xəbər verir ki, məsələ ilə tanış olan dörd mənbəyə görə , AB

19 sentyabr