"Teatrın durumu Allahın ümidinə qalıb" - Xəyalə Rəis
Səhnədə işıqlar yanır, pərdə açılır və tamaşa başlayır. Hər bir tamaşa isə cəmiyyətin düşüncəsini, hisslərini və həyat hekayələrini əks etdirən bir aynaya çevrilir. Bu gün Azərbaycanda Milli Teatr Günü qeyd olunur. 10 mart ölkəmizdə peşəkar milli teatrın əsasının qoyulduğu tarix kimi yadda qalıb və hər il sənətin bu mühüm sahəsinin inkişaf yoluna nəzər salmaq üçün bir fürsət yaradır. Bəs, hazırda, Azərbaycanda milli teatrın keçdiyi tarixi yol və bu günkü vəziyyəti necə qiymətləndirilir?
Mövzu İlə bağlı Sonxeber.az-a jurnalist, teatrşünas Xəyalə Rəis danışıb.
O, qeyd edib ki, 153 yaşı tamam olan teatrımızın bu gün böyük və zəngin bir tarixi var:
"153 az rəqəm deyil. Teatr cəmiyyətin aynasıdır. O, sadəcə səhnə və dekorasiyadan ibarət deyil - düşüncənin, mədəniyyətin və ruhun ifadəsidir. Lakin son illərdə müşahidə olunan mənzərə göstərir ki, bəzi teatrlarda yaradıcılıq mühiti sağlam rəqabətdən uzaqlaşıb, şəxsi nüfuz mübarizəsinə çevrilib. Halbuki teatrın əsas məqsədi sənəti inkişaf etdirmək və istedadlı aktyorların potensialını üzə çıxarmaqdır. Təəssüf ki, bəzən idarəçilik problemləri və subyektiv qərarlar bu prosesə mane olur.
Teatr kollektiv sənətdir və burada hər kəs - aktyor, rejissor, dramaturq və texniki heyət - ümumi yaradıcılıq mühitinin formalaşmasına töhfə verməlidir. Lakin bəzi hallarda baş rejissorların və rəhbər şəxslərin özlərini teatrın sahibi kimi aparması bu mühitə mənfi təsir göstərir. Belə bir atmosferdə sağlam fikir mübadiləsi və yaradıcı azadlıq zəifləyir, nəticədə istedadlı aktyorlar teatrdan uzaqlaşmağa məcbur qalırlar".
Xəyalə Rəis onu da qeyd edib ki, uzun illər səhnəyə xidmət etmiş sənətkarların narazılığı xüsusilə diqqət çəkir:
"Məsələn, Azərbaycanın tanınmış aktrisalarından biri olan Mehriban Xanlarova-nın "teatrdan çıxarsalar, gedib limon satacam" kimi kəskin ifadə işlətməsi sadəcə emosional reaksiya deyil, sistemdə mövcud problemlərə işarə edən ciddi bir siqnaldır. Ömrünü səhnəyə həsr etmiş sənətkarın belə bir fikri səsləndirməsi teatr mühitindəki narahatlıqların nə qədər dərin olduğunu göstərir.
Teatr sahəsindəki problemlərin yalnız kollektiv daxilində deyil, həm də idarəetmə səviyyəsində araşdırılması vacibdir. Bu baxımdan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi teatrların fəaliyyətinə daha həssas yanaşmalı, yaradıcı mühitin qorunması və istedadlı sənətkarların dəstəklənməsi üçün sistemli addımlar atmalıdır. Dövlətin mədəniyyət siyasətinin əsas məqsədi teatrların inkişafını təmin etmək, yeni nəsil aktyorların yetişməsinə şərait yaratmaq və sənət mühitində ədalətli münasibətin formalaşdırılması olmalıdır.
Teatrın gələcəyi yalnız binanın və ya repertuarın mövcudluğu ilə müəyyən olunmur. Əsas məsələ yaradıcı azadlıq, ədalətli münasibət və sənətə hörmətdir. Bu prinsiplər qorunduğu halda teatr öz əsas missiyasını - cəmiyyətə düşüncə və estetik dəyər bəxş etmək missiyasını - layiqincə yerinə yetirə bilər.
İndiki situasiyada isə teatrın durumu Allahın ümidinə qalıb".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasından məhrum edildi
Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"